Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
20 Mart 2019


Niyə məktəbdə işləməlisən?! – Deputatdan irad

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

1990-cı illərdən üzü bəri bu sahədə çox əyintilərə yol verilib və süni şəkildə müəllimlərin sayı şişirdilmişdi. Bundan başqa, ixtisasa uyğun gəldi-gəlmədi hamını müəllim edirdilər. Cəmiyyətdə belə fikir formalaşmışdı ki, ən çətin məqamda gedib müəllim işləyəcəm.

Axar.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Bəxtiyar Əliyev Modern.az-a müsahibəsində bildirib.

Təhsil sisteminin bu günkü durumundan danışan millət vəkili bildirib ki, keçid dövrü üçün hazırlanmış tədbirlər pedaqoji mühiti kifayət qədər sağlamlaşdırıb. Deputatın fikrincə, dörd il ali təhsil aldıqdan sonra müəllim işləmək üçün əlavə imtahanın verilməsi təşəbbüsü olduqca əladır:

“Əgər sən yaxşı müəllim olmaq istəmirsənsə, niyə məktəbdə işləməlisən?! Əminəm ki, bu proses başa çatandan sonra yeni kadrlar gələcək və onda imtahanlar keçirilməyəcək. Yeni kadrlar birbaşa məktəblərdə çalışacaq. 2018-ci il qəbulunda 500-dən çox bal toplayanların sayının 2000-ni keçməsi böyük göstəricidir. Əvvəllər 200 balla müəllim olurdular. Müəllim üçün ən aşağı bal 500-dən başlamalıdır. Diaqnostik qiymətləndirmə müəllimlərin nüfuzunun artırılmasına və əmək haqlarının yüksəldilməsinə hesablanıb. Hər dəfə müəllimlərin əmək haqqı artırılır. Yenə də artırılacaq. Hesab edirəm ki, çox uğurlu təhsil islahatları həyata keçirilir”.

Tarix
2019.01.11 / 11:43
Müəllif
Axar.az
Şərhlər
loading...
Digər xəbərlər

Prezidentdən yeni islahat anonsu: Siyasi, iqtisadi, məhkəmə...

İlham Əliyev Azərbaycan xalqını təbrik etdi

Bakı metrosundan nə qədər şərnişin istifadə edib?

Nazir bayramı sığınacaqdakı uşaqlarla qeyd etdi - Foto

Bu gün Azərbaycanda Novruz bayramıdır

"Azərpoçt" bayram günlərində də işləyəcək

Zurabişvili Bolnisiyə gəldi - Foto

İlham Əliyev sakinlərlə çay süfrəsi arxasında - Foto

ABŞ səfiri Azərbaycan xalqını belə təbrik etdi - Video

Polislər arasında atıcılıq çempionatı keçirildi - Foto

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla