Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
18 İyun 2019


Ordumuzun kadr işləri üzrə heyətinin toplantısı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə nazirinin 2019-cu il üçün təsdiq etdiyi döyüş hazırlığı planına əsasən birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin kadr işləri üzrə heyətlərinin təlim-metodiki toplanışı keçirilib.

Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, tədbirdən əvvəl ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət himni səsləndirilib.

Toplanışda çıxış edən Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunda islahatların davam etdirildiyini, kadr orqanlarının ordunun mühüm xidmət sahələrindən biri olduğunu söyləyərək Müdafiə naziri tərəfindən bu istiqamətə ciddi diqqət yetirildiyini və daim diqqət mərkəzində saxlanıldığını xüsusi vurğulayıb.

Şəxsi Heyət Baş İdarəsi Kadrlar İdarəsinin rəisi general-mayor Elçin Xəlilov çıxış edərək ötən il ərzində kadr orqanı işçilərinin təkmilləşdirilməsi üzrə görülmüş işlər və qarşıda duran əsas tapşırıqları tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tarix
2019.01.11 / 12:29
Müəllif
Axar.az
Şərhlər
loading...
Digər xəbərlər

İlham Əliyev 15 sərəncam imzaladı

Əbülfəs Qarayev Pakerlə görüşdü - Foto

Müəllimlərə şad xəbər: Maaş artırıldı

Minimum aylıq əməkhaqqı artırıldı

Elçibəyin xanımının yas mərasimi təşkil olunacaq

Dövlət Xidmətinə yeni rəis təyin edildi - Fərman

Azərbaycanla Yaponiya arasında mühüm müzakirə

Ramiz Mehdiyevlə Patruşev arasında mühüm görüş

Azərbaycanda qadın müəllimlərin sayı açıqlandı

MN-dən ermənilərin Qarabağdakı təliminə reaksiya - Video

KULT
<>
Xəbər xətti
 
e-vetendash
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla