Yuxarı

Bu məktəblər tam nəzarətsizdir – Ekspert

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müəllimlərin işə qəbulu imtahanının müsabiqə və müsahibə mərhələsindən uğurla keçən namizədləri 3-4 həftəlik “məktəbşünaslıq” təlimlərinə cəlb edib onlara sinif jurnalının yazılması, məktəbdaxili qiymətləndirmə, məktəb sənədləşməsi kimi bilik və bacarıqları öyrətmək lazımdır.

Axar.az xəbər verir ki, bu təkliflə təhsil eksperti Kamran Əsədov çıxış edib. O, Təhsil Nazirliyi qarşısında orta və ali məktəblərlə bağlı başqa təkliflər də irəli sürüb:

“Azərbaycan Beynəlxalq Universiteti, Azərbaycan Müəllimlər İnstitutu, Təfəkkür Universiteti və digər universitet və kolleclərdən diplom alan və ya ala bilməyən, diplomu dövlət nümunəli olmayan şəxsləri ixtisasları üzrə 1 və 2 illik özəl ali təhsil müəssisələrinə qəbul edib onların diplom problemlərini həll etmək olar.

Orta və ali məktəblərdə özəl ictimai təşkilatların, QHT-lərin yoxlamalar aparmasına, sorğular keçirməsinə imkan verilməli, orta və ali məktəblərin ictimaiyyətə əlçatımlılığı təmin edilməlidir. Şəffaflığın 1 günlük tədbirlərlə təmin olunması mümkün deyil.

Orta məktəb direktorlarının, müəllimlərin və universitet rektorlarının nazirliyin saytında hər tədris ilinin sonunda açıq şəkildə məmunluq sorğusunu keçirmək lazımdır. Sorğu iştirakçıları anonim olmalı, sorğuda yalnız o müəssisənin müəllim, şagird və texniki heyyətinin iştirakı təmin edilməlidir.

Təhsil Nazirliyi özəl orta məktəblər-liseylərdə tədris prosesinə nəzarəti, idarəetmə və işə qəbula təsirini artırılmalıdır. Özəl orta məktəblər tamamilə nəzarətsiz vəziyyətdədir. Təhsil haqları və idarəetmə reallığı əks etdirmir”.

Qeyd edək ki, K.Əsədov bundan əvvəl də Təhsil Nazirliyi qarşısında müxtəlif təkliflər irəli sürüb.

Tarix
2019.01.11 / 13:03
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Prezidentlər Ağdam Şahbulaq qalasında...

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla