Yuxarı

“Azercell”in uğurlu fəaliyyəti diqqət mərkəzindədir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın mobil rabitə bazarının lider mobil operatoru Azercell Telekom MMC nailiyyətləri sırasına “İnsanların Seçimi üzrə Stevie Mükafatı”nı əlavə edərək, telekommunikasiya sahəsi üzrə “İlin Ən Sevilən Şirkəti” adını qazanıb.

Axar.az xəbər verir ki, məhz bu nominasiya çərçivəsində şirkətlər beynəlxalq səviyyədə aparılan açıq səsvermə yolu ilə dəyərləndirilib. Ümumilikdə, sorğuda 22 mindən çox insan iştirak edib. Qaliblər 74 xalqı təmsil edən şirkət və fərdlər tərəfindən irəli sürülmüş 3900-dən artıq namizəd arasından seçilib. 2018-ci ildə ölkəmizdə mobil rabitənin keyfiyyətinin yüksəldilməsi, regionlarda 4G şəbəkəsinin genişləndirilməsi, ölkənin bütün bölgələrində abunəçilərin sürətli internetə çıxışının təmin olunması, müasir xidmətlərin, eləcə də yeni biznes həllərinin tətbiq edilməsi, abunəçi xidmətlərinin modernləşdirilməsi, həmçinin mobil texnologiyalar vasitəsilə həyatın asanlaşdırılması istiqamətində keçirilən layihə və bir sıra digər təşəbbüslər “Azercell” şirkətinin bu mükafatı qazanmasına əsas verib.

Məlumat üçün bildirək ki, "Stevie" mükafatının məqsədi dünyanın müxtəlif ölkələrində uğur qazanmış şirkətlərin tanıdılmasıdır. Müsabiqənin missiyası nümunəvi təşkilatların profilinin yüksəldilməsi, mətbuat, işgüzar aləm və geniş ictimaiyyət arasında fərqlənən qurumların fəaliyyətinin beynəlxalq səviyyədə qiymətləndirilməsidir.

Qeyd edək ki, Azercell Telekom 2018-ci ildə, həmçinin "İlin Telekommunikasiya Şirkəti” və "İlin Korporativ Sosial Məsuliyyət Proqramı (Avropa üzrə)” nominasiyalarında Bürünc "Stevie” mükafatına layiq görülüb.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz.

Tarix
2019.01.11 / 17:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla