Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
18 Yanvar 2019


Bahalaşan və ucuzlaşan məhsulların - Siyahısı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

2018-ci ildə istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilə nisbətən 2,3 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 1,7 faiz, qeyri-ərzaq mallarının qiymətləri 2,6 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,7 faiz bahalaşıb.

Trend-in məlumatına görə, 2018-ci ilin dekabr ayında noyabr ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 1,7 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,1 faiz bahalaşıb.

Ötən ilin dekabr ayında noyabr ayı ilə müqayisədə uzun düyünün, unun, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, balıq məhsullarının, süd məhsulları və pendirin, zeytun və qarğıdalı yağlarının, bananın, armudun, xurmanın, qozun, fındığın, şabalıdın, xiyarın, pomidorun, bibərin, çuğundurun, kartofun, soğanın, qəhvə, çay və kakaonun, tütün məmulatlarının, spirtli içkilərin qiymətlərində bahalaşma, yumru düyünün, manna və qarabaşaq yarmasının, vermişel və makaronun, mal ətinin, yumurtanın, limonun, portağalın, naringinin, almanın, kələmin, göyərtinin, yerkökünün, sarımsağın, şəkər və şəkər tozunun qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ay ərzində qeyri-ərzaq mallarından parçaların, geyimin, ayaqqabıların, mebel və ev əşyalarının, minik avtomobillərinin, planşet tipli kompüterlərin, fotoaparatların, dəftərxana ləvazimatlarının, zərgərlik məmulatlarının qiymətlərində bahalaşma, paltaryuyan maşınların, kondisionerlərin, minik avtomobilləri üçün ehtiyat hissələrinin, mobil telefonların qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər qeyri-ərzaq mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Dekabr ayında noyabr ayına nisbətən əhaliyə göstərilən ödənişli xidmətlərdən paltarların təmizlənməsi, təmiri və kirayəsi, dəmir yolu və hava nəqliyyatı ilə MDB ölkələrinə sərnişindaşıma xidmətlərinin, respublikadan kənara istirahət turlarının qiymətləri bahalaşıb, MDB ölkələri istisna olmaqla hava nəqliyyatı ilə digər ölkələrə sərnişindaşıma xidmətlərinin qiymətləri isə ucuzlaşıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Tarix
2019.01.11 / 17:18
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

İşdən çıxan başçıya ağır itki

Gürcü politoloqdan 20 Yanvar faciəsi ilə bağlı - Açıqlama

Bakıya qar yağır: güclü küləklə... - Video

Küləyin sürəti 43 metr/saniyəyə çatdı - Qərargah

Bakı Metropoliteni: şaxtaya tam hazırıq

Bakı-Sumqayıt qatarı yolda qaldı - Yeniləndi

Azərbaycan şəhərində çovğun: yollar buz bağladı - Foto/Video

Xəbərdarlıqdan sonra bütün qurumlar... - Nazirlik

İtkin düşən kapitanın axtarışları dayandırıldı

Eminin "şok"luğu: Mehman razılaşmaya əməl etmədi?

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla