Yuxarı

Xəzərin dibi ilə bu magistralın çəkilməsi vacibdir - Ekspert

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Türkmənistan arasında Xəzər dənizinin dibi ilə fiber-optik kabel magistralının çəkilməsi çox əhəmiyyətli bir məsələdir.

Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. O bildirib ki, bunun Azərbaycan üçün çox böyük faydası var:

“Bu regionun bazarında telekommunikasiya xidmətləri ilə əlaqəli uzun müddətdir ki, böyük dövlətlərin ( Rusiya, Çin və s.) maraqları da var. Məhz həm də bu səbəbdən BMT-nin 3 dəstək qətnaməsi olmasına baxmayaraq, 10 ildir ki, TASİM reallaşa bilmir. Hətta bir müddət tam unudulmuşdu. Son dövrlərdə bu sahədə bir qədər fəallıq olsa da, heç bir konkret irəliləyiş əldə olunmayıb. Əvvəllər də bu istiqamətdə cəhdlər olub və uğursuz nəticələnib”.

O.Gündüz qeyd edib ki, birdən-birə Türkmənistana doğru magistralın çəkilməsi və hətta oradan da Əfqanıstana internet sata biləcəyimizlə bağlı məsələnin yenidən gündəmə gəlməsi çox maraqlıdır:

“Yeri gəlmişkən, bizim 2 magistral provayderimiz də bu regiona telekommunikasiya və internet xidmətləri çıxarmaqda çox maraqlıydı və bu istiqamətdə konkret işlər və nəticələr də ortada var”.

Tarix
2019.01.11 / 18:31
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla