Yuxarı

DSX məlumat yaydı: cəbhədə növbəti düşmən təxribatı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazax və Ağstafa rayonları ərazisində düşmənlə təmas xəttində xidməti-döyüş fəaliyyətini həyata keçirən sərhəd döyüş məntəqələri istiqamətində Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin pozulması halları davam edir.

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən Axar.az-a bildiriblər ki, yanvarın 12-də saat 11:20 və 11:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələrindən Qazax rayonunun Kəmərli kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsinin arxasında mühəndis işləri aparan, mülki şəxs tərəfindən idarə olunan ekskavator atəşə tutulub. Ekskavatora doğru 7,62 millimetr çaplı PK pulemyotundan və 12,7 mm çaplı DŞK pulemyotundan açılan atəş nəticəsində 6 güllə ekskavatorun çalovuna və başqa hissələrinə dəyib, kabinənin şüşəsi sındırılıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələri yanvarın 6-da da həmin istiqamətdə dövlət sərhəd xəttindən 450 metr məsafədə mühəndis işləri aparan, mülki şəxs tərəfindən idarə olunan ekskavatora atəş açmışdı.

Tarix
2019.01.12 / 14:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla