Yuxarı

Nazirlərimiz neçə dil bilir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkəmizdə nazir vəzifəsində olan şəxslərin intellektual səviyyəsi cəmiyyət üçün maraq kəsb edən amillərdəndir.

Bunu nəzərə alaraq kiçik araşdırma apardıq və nazirlərimizin neçə dil bilməyini öyrənməyə çalışdıq. Çox vaxt nazirlərin nəinki əcnəbi dildə, hətta öz dilimizdə belə, danışa bilmədikləri söylənilsə də, rəsmi məlumatlar bunu deməyə əsas vermir.

Araşdıma zamanı nazirlər haqqında Vikipediyada yerləşdirilən məlumatlar ilə tanış olduq. Məlum oldu ki, əksər nazirlərin Vikipediya səhifəsində dil bilikləri barədə məlumat yoxdur. Qeyri-rəsmi məlumatlarda nazirlərimizin əksəriyyətinin ən azı rus və ingilis dilini bildiyi deyilsə də, bu barədə onların Vikipediya səhifələrində məlumatlara rast gəlmədik.

Baş nazir Artur Rasizadə, onun birinci müavini Yaqub Eyyubov və müavin Abid Şərifovun rus dilində sərbəst danışdıqları deyilsə də, bu barədə dəqiq informasiya yoxdur.

Ölkənin xarici siyasət idarəsinə rəhbərlik edən baş diplomat Elmar Məmmədyarov 3 dildə - ingilis, rus və türk dilində sərbəst danışmağı bacarır. Qeyri-rəsmi məlumatlara görə, baş diplomatın italyan dil bilgiləri də var.

Fövqəladə Hallar Naziri general-polkovnik Kəmaləddin Heydərov rus və ingilis dilində sərbəst danışır.

Milli Təhlükəsizlik Naziri general-polkovnik Eldar Mahmudovun da rus və ingilis dilində sərbəst danışdığı deyilsə də, nazirin Vikipediya səhifəsində bu barədə məlumat yoxdur.

Səhiyyə naziri Oqtay Şirəliyev, Gənclər və idman naziri Azad Rəhimov, Maliyyə naziri Samir Şərifov, Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, Müdafiə Sənayesi naziri Yavər Camalov, Təhsil naziri Mikayıl Cabbarov, Vergilər naziri Fazil Məmmədov, Nəqliyyat naziri Ziya Məmmədov, İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev, Daxili İşlər naziri Ramil Usubov və Müdafiə naziri Zakir Həsənovun xarici dil bilikləri barədə Vikipediya səhifəsində məlumat yoxdur.

Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov və Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov rus və ingilis dillərində, Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Ədliyyə naziri Fikrət Məmmədov isə ingilis dilində danışmağı bacarır.

Qeyd: Yazıda Vikipediya məlumatlarından istifadə olunub.

Tarix
2014.11.06 / 08:30
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla