Yuxarı

Qanunvericilikdə yoxdur, amma yolda belə nişan var - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda yol nişanı sürücüləri çaş-baş salıb. Nişan yol hərəkəti üzrə qanunvericilkdə yoxdur, amma uzun illərdir ki, hərəkət yolda bu nişanla tənzimlənir. Sözügedən yoldan istifadə edən sürcülər də nişanın qanunvericiliyə uyğun olmadığını bilirlər, amma olduğu kimi əməl edirlər.

Xəzər xəbər-in məlumatına görə, söhbət Cavanşir körpüsünün altından körpünün üzərinə və Yusif Səfərov istiqamətinə gedən yoldan gedir.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, qanunvericilikdə qeyd olunmayan bu nişan istənilən halda sürücülərdə çaşqınlıq yarada bilər. Amma bu nişana görə heç bir sürücü cərimə edilə bilməz.

Ərşad Hüseynov onu da bildirib ki, sözügedən ərazidə hərəkət mütləq qanunvericiliyə uyğun şəkildə nizamlanmalıdır.

Məsələylə bağlı Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib ki, həmin nişan həqiqətən də Yol Hərəkəti haqqında Qanunda yoxdur. Sadəcə vəziyyətə uyğun olaraq yol çəkilərkən aidiyyəti qurum tərəfindən qoyulub və bu da sürücüləri çaşdırmamalıdır. Ərazidəki nişan məlumatverici nişan kimi qəbul edilə bilər və buna görə hər hansı sürücünün cərimələnməsindən söhbət belə gedə bilməz.

Vaqif Əsədov onu da qeyd edib ki, bu sujetdən sonra məsələylə bağlı aidiyyəti üzrə qərar qəbul edilə bilər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Tarix
2019.01.12 / 22:34
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ukraynalı deputatlardan etiraz: Rubenin Nobelə təqdimatı...

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

Ərdoğandan “erməni soyqırımı” ilə bağlı mesaj

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

Bu, Putinin Əliyevə böyük jesti idi - Kalaşnikov

ABŞ konqresmenləri Bakıda: MM-də mühüm müzakirə...

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla