Yuxarı

İcra başçısı Pirallahıda bina tikdirir - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda yeni yaradılan Pirallahı rayonunda icra hakimiyyəti özünə yeni bina tikir.

Axar.az xəbər verir ki, rayon icra hakimiyyəti üçün Pirallahının mərkəzində yeni bina inşa olunmaqdadır. Hazırkı binanın köhnə olması və yaraşıqsız görünməsi təzə RİH binası inşasına imkan yaradıb.

Binanın gələn ilin iyun ayına qədər təhvil verilməsi planlaşdırılır. Layihəyə əsasən, Pirallahı İcra Hakimiyyətinin binası 4 mərtəbədən ibarət olacaq. İnzibati binanın yanında isə müasir üslubda Heydər Əliyev Mərkəzi inşa olunur. Tikinti sahəsi 570 kvadratmetr olan ikimərtəbəli binanın da tikintisi davam edir.

Qeyd edək ki, Pirallahı rayonu prezidentin 21 dekabr 2012-ci il tarixli fərmanı ilə yaradılıb. Həmin fərmanla Pirallahı, Çilov və Neft Daşları qəsəbələrinin əsasında Pirallahı rayonu təşkil edilib. Ötən il martın 7-də Prezident İlham Əliyevin sərəncamı ilə Bakı şəhərinin yeni - 12-ci rayonuna Vasif Həsən oğlu İmanov icra başçısı təyin olunub.

V.İmanov bu təyinatadək uzun müddət neft sənayesi sahəsində çalışıb. Belə ki, o, Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin rəis müavini vəzifəsini tutub.

Tarix
2014.11.06 / 11:34
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla