Yuxarı

Gürcü xaçapurisi dünyanın ən ləziz yeməyi seçildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın milli mətbəxinin yeməklərindən olan xaçapuri dünyanın ən dadlı yeməkləri siyahısında birinci yeri tutub.

Axar.az Azərtac-a istinadla xəbər verir ki, TasteAtlas internet portalı “Dünyanın ləziz yeməkləri” interaktiv xəritəsini tərtib edib.

Xəritə Xorvatiyada 30 nəfər tədqiqatçı-müəllif tərəfindən 2018-ci ildə tərtib olunub. “Dünyanın ləziz yeməkləri” xəritəsində dünya xalqlarının 10 min milli yemək növü göstərilib.

Rəyi soruşulan min nəfərdən 800 nəfəri məhz xaçapurini ən ləziz yemək kimi qeyd edib.

Məlumat üçün qeyd edək ki, xaçapuri Gürcüstanın ən tanınmış milli yeməklərindən biridir. Xaçapuri ənənəvi olaraq un, pendir, yumurta və yağdan hazırlanır. Məhsul hazırlanarkən əsasən “suluquni” və ya İmereti pendirlərindən istifadə olunur. Amma son vaxtlar xaçapurinin hazırlanmasında “motsarella” və “feta” milli pendir növlərindən də istifadə edilir.

Xaçapurinin bir neçə növü var. Ən məşhur İmereti bölgəsinin adı ilə bağlı olan “İmereti xaçapurisi” və Acarıstan bölgəsi ilə əlaqəli olan “Acariya xaçapurisi”dir.

“İmereti xaçapurisi” dairəvi şəkildə olur, pendir və yağdan ibarətdir.

“Acariya xaçapurisi” isə üstü açıq, qayıq formasında olur, pendir və yağdan hazırlanır. Yeməyin üstündə, ortada çiy yumurta olur.

“Dünyanın ləziz yeməklər” siyahısında ikinci yerə Balkanların yeməyi “çevapçiçi” milli yeməyi, üçüncü yerə Ukrayna borşu, dördüncü yerə italyanların pastası, beşinci yerə isə yaponların “suşi”si layiq görülüb.

Tarix
2019.01.13 / 17:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla