Yuxarı

Milli qəhrəman məzarı başında anıldı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Milli Qəhrəmanı İsrafil Şahverdiyevin anım günüdür.

Qarabağmedia.az xəbər verir ki, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin Laçın rayon şöbəsinin təşkilatçılığı ilə yanvar ayının 13-də II Fəxri Xiyabanda Azərbaycanın Milli Qəhrəmanı İsrafil Şahverdiyevin anım tədbiri keçirilib. Qəhrəmanın ailə üzvləri, onunla çiyin-çiyinə savaşmış döyüş yoldaşları İsrafil Şahverdiyevin məzarına gül dəstələri düzüblər.

Ziyarət iştirakçıları milli qəhrəmanın döyüş yolundan, onun torpaqlarımızın erməni işğalından müdafiəsində və azad olunmasında göstərdiyi şücaətdən danışıblar.

İsrafil Şahverdiyevin keçmiş döyüş yoldaşları, Laçın Rayon Polis Şöbəsinin rəisi olmuş polis polkovniki Akif Səlimov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Laçın rayon şöbəsinin sədri Babək Aslanov, Laçın polis taborunun komandiri, polis mayoru Çingiz Abbasov İsrafil Şahverdiyevlə bağlı xatirələrini bölüşüblər. Onun əsl insan, komandir, döyüşçü kimi daim Azərbaycan hərbçisi, zabiti, komandiri üçün nümunə olacaq insani keyfiyyətləri xüsusi vurğulanıb, gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsi olduğunu diqqətə çatdırıblar.

İsrafil Şahverdiyevin 1991-ci ildə Qaladərəsi kəndinin ermənilərdən azad edilməsidə, Hoçaz kəndi uğrunda gedən qanlı döyüşlərdə göstərdiyi şücaətdən və "Horadiz əməliyyatı"nda onun və rotasının keçdiyi şərəfli döyüş yolundan danışılıb.

Anım tədbirində çıxış edən digər döyüş yoldaşları İsrafil Şahverdiyevin döyüş yolundan bir çox epizodları xatırlayaraq onun nə qədər güclü bir döyüşçü olması və bugünkü gənclər üçün böyük örnək olduğu vurğulayıb.

Xatırladaq ki, İsrafil Şahverdiyev 11 iyun 1952-ci ildə Laçın rayonunda anadan olub. 1959-1969-cu illərdə Unannovu kənd orta məktəbində təhsil almış, 1971-1974-cü illərdə hərbi xidmətdə olub. 1975-ci ildə Laçın rayon Daxili İşlər Şöbəsində milis nəfəri kimi əmək fəaliyyətinə başlayıb.

Erməni yaraqlıları torpaqlarımıza hücum edərkən İsrafil Şahverdiyev cəsur bir polis işçisi kimi ilk günlərdən torpaqlarımızın müdafiəsinə qalxıb. Qaladərəsi kəndində iki erməni kəşfiyyatçını ələ keçirib. Şəhid jurnalist Salatın Əsgərovanın qatillərinin ələ keçməsində onun rolu böyük olub. 1991-ci ildə Qaladərəsi kəndinin azad edilməsi üçün plan hazırlanmış, gecədən səhərə qədər davam edən qanlı döyüşdə erməni işğalçıları ağır itkilər verərək geri çəkilmişdilər. İsrafil 1992-ci il 19 sentyabrdan 17 noyabra qədər Hocaz qayası və Hocaz kəndi uğrunda gedən qanlı döyüşlərdə iştirak etmiş və onlarla erməni silahlısı məhv edilmişdir.

6 yanvar 1994-cü ildə Füzuli rayonunun kəndlərini azad etmək üçün İsrafil rotası ilə döyüşə girərək Horadiz qəsəbəsi və 22 kəndin azad edilməsində müstəsna rol oynayıb. Cəsur komandirin son döyüşü 13 yanvar 1994-cü ildə olub.

Ailəli idi, üç övladı var.

Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə Şahverdiyev İsrafil Şahverdi oğluna ölümündən sonra Azərbaycan Respublikasının Milli Qəhrəmanı adı verilib.

Bakıdakı Şəhidlər Xiyabanında dəfn edilib.

Laçın rayonundakı məktəblərdən biri İsrafil Şahverdiyevin adını daşıyır.

Allah rəhmət eləsin!

Tarix
2019.01.13 / 17:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla