Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
22 Mart 2019


Rufiz Qonaqov Qazaxıstan səfiri ilə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqov Qazaxıstan Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyətli səfiri Beybit İssabayev Oksikbay Ulu ilə Qazaxıstan səfirliyində görüşüb.

Axar.az xəbər verir ki, görüşdə Rufiz Qonaqov səfirə Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi haqqında geniş məlumat verərək fəaliyyət istiqamətləri haqqında danışıb.

Rufiz Qonaqov bildirib ki, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi 2006-cı ildən fəaliyyət göstərir və nəinki Cənubi Qafqazda gedən geosiyasi məsələləri tədqiq edir, eyni zamanda türkdilli ölkələrin siyasi, xarici məsələlərini yaxından izləyir.

“Azərbaycanla Qazaxıstan Respublikasının əlaqələri günü-gündən inkişaf edir. Ötən ilin avqustunda imzalanan Xəzər dənizinin statusu ilə bağlı konvensiya Xəzəryanı ölkələri bir-birilə əməkdaşlığa səsləyən bir konvensiya kimi yadda qaldı. Xəzəryanı ölkələr qrupuna daxil olan Qazaxıstan Respublikasının bu konvensiyanı imzalaması isə onun digər ölkələrlə eləcə də türkdilli ölkələrlə əməkdaşlığa açıq olduğunu vurğulayan bir addım oldu. Bu konvensiya ilə Xəzər sülh, sabitlik və əməkdaşlıq dənizi kimi Xəzəryanı ölkələrin ortaq əməkdaşlıq platformasına çevrildi”, - Qonaqov qeyd edib.

Görüşdə geniş əməkdaşlığın yaranması və davam etdirilməsi istiqamətində müzakirələr aparılıb. Səfir Beybit İssabayev bildirib ki, bundan sonra Qazaxıstan səfirliyi Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi ilə sıx əməkdaşlıq edəcək və dostluq, qardaşlıq münasibətlərini davam etdirəcək.

Tarix
2019.01.14 / 17:08
Müəllif
Axar.az
Şərhlər
loading...
Digər xəbərlər

Quba - Xınalıq yolu açıldı - Foto

Ayfon istifadəçilərinə şad xəbər

Təhsil naziri əmr imzaladı

Gürcü Arzusundan azərbaycanlılara mesaj

Nazirlikdən xəbərdarlıq: Su qıtlığı ilə üzləşməmək üçün...

Novruzda Bakıya ən çox hansı ölkədən turist gəlib?

Ünvanlı sosial yardım alanlara - Şad xəbər

Dünya Bankı və BVF Novruzu qeyd edib – Foto

“Azercell” əmək sərgisində iştirak etdi

Sabah hava necə olacaq? - Proqnoz

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla