"Elektron hökumət portalı ilə bağlı prezident fərmanları
və hökumətin qərarları olmasına baxmayaraq, hələ də icra
yoxdur".
Axar.az xəbər verir ki, söz sözləri "Multimedia" İnformasiya
Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan
İnternet Forumunun prezidenti Osman Gündüz öz Feysbuk hesabında
yazıb.
O qeyd edib ki, elektron hökumət portalında heç bir yenilik
aparılmır:
"Elektron hökumət portalını analiz edəndə diqqəti cəlb edən
məqamlardan biri də ondan ibarətdir ki, uzun müddətdən bəri "Təsdiq
olunan xidmətlər siyahısından qurumun öz saytında olanlar"
parametri dəyişmək bilmir. Bu isə o deməkdir ki, hökumət tərəfindən
təsdiq edilən və sayı təxminən 450 olan xidmətlərdən təxminən 80
xidmət hələ də elektron formaya keçirilmir. Yəni, əslində,
təsdiqlənən xidmətlərin elektron formaya keçirilməsi, portala
inteqrasiyası ilə bağlı prezident fərmanları və hökumətin qərarları
olmasına baxmayaraq, icra yoxdur. Nə Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar Dövlət Agentliyi, nə də Rabitə və Yüksək
Texnologiyalar Nazirliyi bununla bağlı hər hansı açıqlama verir.
Sanki aidiyyəti qurumlar da bununla barışıblar".