Yuxarı

Estakadada uçqun: Bir nəfərin axtarışı davam edir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

19:11

"Azneft" İstehsalat Birliyinin N.Nərimanov adına NQCİ-də bədbəxt hadisə baş verib.

Azərbaycan Dövlət Neft Şirkətindən "APA-Economics"ə verilən məlumata görə, bu gün saat 16:00 radələrində "Azneft" İstehsalat Birliyinin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin ərazisində yerləşən 310 və 312 saylı meydançalar arasındakı təqribən 60 metrlik estakadada uçqun baş verib, nəticədə estakadanın üzərindən keçən 250 mm diametlik neft xətti qırılıb.

Qəzanın daha böyük miqyas almaması məqsədi ilə NQÇİ-nin ərazidə olan 5 nəfər işçisi 307 saylı meydançaya gedərək oradakı qazpaylayıcı batareyanın siyirtmələrini bağlayıb, beləliklə, yanğının və neftin dənizə axma təhlükəsinin qarşısı alınıb.

Lakin geri dönərkən onların üzərində olduqları qəzalı meydança da uçub və onlar dənizə düşüb.

Operativ xilasetmə tədbirləri nəticəsində 4 nəfər dənizdən çıxarılıb. Onlardan 1 nəfəri dünyasını dəyişib.

Dənizə düşməsi ehtimal edilən 1 nəfərin axtarış işləri davam etdirilir. Qaradağ-10, PS-158, PSK-51, Ağdərə-4, PSK-31, Orion-4, Şirvan-2, Zərdab-3 gəmiləri axtarış işlərinə cəlb olunub.

Axtarış işlərinin nəticələri haqqında əlavə məlumat veriləcək. Hadisənin araşdırılması məqsədi ilə xüsusi komissiya yaradılıb.

19:48

FHN N.Nərimanov adına NQÇİ-də baş verən uçqunla bağlı açıqlama yayıb.

Axar.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadla bildirir ki, Xəzər dənizində N.Nərimanov adına NQÇİ-yə məxsus estakada uçub. Dərhal hadisə yerinə FHN-nin aviasiya dəstəsinin bir helikopteri cəlb edilib və suda batması ehtimal olunan bir nəfərin axtarış işləri aparılıb.

Axtarış-xilasetmə işləri 07.11.2014 il tarixində davam etdiriləcək.

Tarix
2014.11.06 / 19:48
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla