Yuxarı

Penitensiar Xidmətin açıqlaması niyə tənqid edildi? - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Penitensiar Xidmətin 15 saylı cəzaçəkmə müəssisəsinə spirtli maddə keçirilməsi cəhdinin qarşısının alınması haqda bu gün yaydığı xəbər sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

Xəbərdə qeyd edilir ki, xidmətin əməliyyat aparatının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 15 saylı cəzaçəkmə müəssisəsinə spirtli maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

12 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Qelaşvili Mogeli Tariyeloviç ilə qısamüddətli görüşə gəlmiş qohumu Gürcüstan Respublikası vətəndaşı Abuladze İvane Stepanoviçin üzərinə və gətirdiyi sovqata baxış keçirilən zaman plastik qabda kustar üsulla hazırlanmış spirtli maye aşkar edilib.

Əslində, ilk baxışdan burada qeyri-adi heç nə yoxdur və sözügedən əməliyyatı keçirmək bu qurumun vəzifəsidir. Lakin bu əməliyyatın tirajlanması sosial şəbəkə istifadəçilərinin tənqidi ilə üzləşib. Sosial şəbəkə istifadəçiləri başqa ölkənin vətəndaşı olan Abuladze İvane Stepanoviçin qohumunun yanına sovqat (spirtli içki) gətirərkən yanlış etdiyini bilmədiyi təəssüratı yarandığını iddia ediblər. Təbii, bunu bilməmək onun öz günahıdır, Azərbaycana gələn hər bir əcnəbi ölkə qanunlarından xəbərdar olmalıdır. Lakin onun gətirdiyi yarım litrlik plastik qabda olan çaxırı gizlətməməsi, sovqatın içərisinə açıq şəkildə qoyması müzakirə yaradıb. İddiada bildirilib ki, gürcülərin bir-birinə çağır hədiyyə etməsi adi haldır və bu xalqın təsəvvüründə çaxır, məsələn, xaçapuri ilə eyni mahiyyət kəsb edir. Azərbaycan xalqında çay kimi, gürcülərdə çaxır çox adi bir içki sayılır.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən Ədliyyə Nazirliyi Penitensiar xidmətin mətbuat katibi Mehman Sadıqov bildirib ki, məlumat yanlış anlaşılıb. O qeyd edib ki, həbsdə olan qohumuna spirtli içki gətirən şəxs cəzaçəkmə müəssisəsinə belə içki keçirilməsinin mümkün olmadığını çox gözəl bilib. Buna baxmayaraq, o, sprtli içkini limonad, meyvə şirəsi adı ilə içəri keçirmək istəyib:

“Həmin şəxsin çantasında gətirdiyi çaxır deyil, spirtli maddədir. Cəzaçəkmə müəssisəsində olan yaxınına baş çəkməyə gələn hər bir şəxsin gətirdiyi sovqata baxış keçirilir. Hər müəssisənin qarşısında xüsusi yoxlanış otaqları var ki, orada gətirilən sovqat yoxlanılır. Həmçinin orada hər gələn şəxsə izah olunur ki, hansı qadağan olunmuş əşyaları içəri buraxmaq və gətirmək olmaz. Bu barədə müəssisənin girişində də lövhələrdə məlumat yerləşdirilib. Mümkün deyil ki, həmin şəxs cəzaçəkmə müəssisəsinə spirtli maddə keçirilməsinin qadağan olduğunu bilməsin.

O, içkini çantaya da açıq şəkildə qoyub ki, əməkdaşların diqqətini çəkməsin. Adi limonad, meyvə şirəsi adı ilə keçirmək istəyib. Xəbərin mahiyyəti də budur. Lakin bizim əməkdaşların diqqəti nəticəsində spirtli maddənin içəri keçirilməsinin qarşısı alınıb”.

Tarix
2019.01.15 / 16:28
Müəllif
Aqşin, Nigar
Şərhlər
Digər xəbərlər

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla