Yuxarı

Arif Alışanovu əvəz edən gənc kimdir? - Dosye

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, Prezidentin sərəncamı ilə Arif Alışanov “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.

Axar.az xəbər verir ki, tanınmış jurnalist Rövşən Məmmədov AzTV sədrinin müavini vəzifəsinə təyin olunub və sədrin səlahiyyətlərini hazırda o icra edir.

R.Məmmədov (Raqifoğlu) Azərbaycanda diaspor mətbuatının tədqiqatçılarındandır.

Bundan əvvəl Lider TV "İdman və vətənpərvərlik redaksiyası"nın rəhbəri, “Carçı” informasiya proqramı redaksiyasında redaktor vəzifələrində çalışıb.

Azərbaycan və Bakı Slavyan Universitetində “Radio və televiziya jurnalistkasının əsasları”, “KİV-də marketinq və reklam”, “Multimedia jurnalistikası” fənlərini tədris edib.

BDU Jurnalistika fakültəsinin məzunu, 2000-ci ildən Lider TV-nin əməkdaşı olub.

“Müstəqillik illərində Avropada Azərbaycan diaspor mətbuatı və milli ideologiya məsələləri” adlı elmi işi ilə PhD dərəcəsi alıb. 10-dan çox elmi məqalənin, 3 kitabın (Azərbaycan diasporu və milli mətbuat, Avropada Azərbaycan diaspor mətbuatı, Lider jurnalist) müəllifidir.

Hazırda AzTV-nin efirində gedən "Günün nəbzi" və "Həftə" analitik proqramı Rövşən Məmmədovun təqdimatında yayımlanır.

O, 2015-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı” ilə təltif olunub.

Tarix
2019.01.15 / 17:31
Müəllif
Turanə Məmmədli
Şərhlər
Digər xəbərlər

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla