Yuxarı

Daha bir xəbərdarlıq: uşaqları bağçaya aparmayın

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi yanvarın 17-də hava şəraitinin kəskin pisləşəcəyi ilə əlaqədar olaraq Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİN) tabeliyində olan bağçalara xəbərdarlıq edib.

Axar.az xəbər verir ki, bu barədə İdarənin BŞİH-in tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinin (körpələr evləri, körpələr evi-uşaq bağçaları, uşaq bağçaları, xüsusi uşaq bağçaları) rəhbərliklərinə ünvanladığı telefonoqramda deyilir.

Telefonorqramda havanın temperaturunun 10 dərəcə aşağı düşəcəyi və güclü küləyin əsəcəyi proqnozlaşdırılan 17 yanvar tarixində uşaqların bağçalara gətirilməməsi tövsiyə olunur:

"Yanvarın 17-də hava şəraitinin kəskin dəyişəcəyi, şimal-qərb küləyinin 20-25 m/s, arabir 30-35 m/s, yarımadanın bəzi yerlərində arabir 40 m/s-dək şiddətlənəcəyi gözlənilir.

Havanın temperaturunun ötən günlə müqayisədə 10 dərəcə aşağı enərək 2 dərəcəyə yaxın isti olacağı gözlənilir.

Yağıntının sulu qara, qara keçəcəyi, 17-dən 18-nə keçən gecə şəhərətrafı ərazilərin buz bağlama ehtimalı var.

Qeyd olunanlarla əlaqədar olaraq uşaqların təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə həmin tarixdə onların bağçaya gətirilməsi tövsiyə olunmur".

Tarix
2019.01.16 / 00:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla