Yuxarı

“Bakcell” abunəçi sorğularını 100% cavablandırıb

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi “Bakcell” şirkəti sosial şəbəkələrdə cavablandırılmış müraciətlərə görə ən yüksək nəticə göstərərək növbəti dəfə nüfuzlu beynəlxalq “Socially Devoted” sertifikatı ilə təltif olunub.

Axar.az xəbər verir ki, xüsusi analitik platforma vasitəsilə dünya üzrə məşhur şirkətlərin sosial şəbəkələrdəki fəaliyyətinin monitorinqi ilə məşğul olan tanınmış “Socialbakers” şirkəti Azərbaycandakı şirkətlərin Feysbuk şəbəkəsində 2018-ci ilin IV rübü üzrə fəaliyyətlərini nəzərdən keçirib. Göstərilən müddət ərzində "Bakcell" şirkəti özünün rəsmi Feysbuk səhifəsinə daxil olmuş müraciətlərin 100%-ni cavablandırıb. Qeyd edək ki, "Bakcell" şirkəti 2018-ci ilin bütün rüblərində abunəçi sorğularının 100%-ni cavablandıraraq yüksək nəticə göstərib. “Bakcell”in Feysbuk səhifəsinin 400 mindən artıq istifadəçisinin olması bu nailiyyəti daha da vacib və təqdirəlayiq edir.

Sosial şəbəkələr məhsul və xidmətlər haqqında məlumatların geniş abunəçi bazasına daha effektiv şəkildə çatdırılması və müştərilərin suallarının cavablandırılması baxımından “Bakcell”in vacib kommunikasiya vasitələrindən biridir. Şirkətin bir çox sosial şəbəkədə rəsmi səhifəsi fəaliyyət göstərir.

Yüksək keyfiyyətli xidmətin göstərilməsi və müştəri məmnuniyyəti “Bakcell” şirkətinin ümumi fəaliyyətin prioritet istiqamətlərindəndir. Şirkətin müştəri məmnuniyyəti strategiyası dünyanın aparıcı şirkətləri və əhalinin bütün təbəqələrinin tələb və ehtiyaclarının nəzərə alınması ilə yanaşı yerli bazarın tələblərinə əsaslanır.

Tarix
2019.01.16 / 11:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla