Yuxarı

Nikola Sarkozi Bakıda tələbələrlə görüşdü - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Respublikasının sabiq prezidenti Nikola Sarkozi ölkəmizə səfəri çərçivəsində yanvarın 16-da Azərbaycan-Fransız Universitetində (UFAZ) olub.

Axar.az xəbər verir ki, Nikola Sarkozi əvvəlcə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində nümayiş etdirilən sərgiyə baxıb. Sərgidə Azərbaycan tələbələrinin yay məktəbi zamanı Strasburqda çəkdikləri fotolar, eləcə də Azərbaycan Xalq Cümhuriyyətinə dair arxiv sənədləri nümayiş olunur.

Nikola Sarkozi universitetin tələbələri ilə söhbət edib, bu ali təhsil ocağında fəaliyyət göstərən laboratoriyalarla tanış olub.

Fransanın sabiq prezidenti tələbələr qarşısındakı çıxışına “Sizin çox güclü və önəmli ölkəniz var” sözləri ilə başlayıb. N.Sarkozi vurğulayıb ki, Xəzər dənizinin sahilində yerləşməsi mükəmməl ölkə olan Azərbaycana daha böyük üstünlüklər gətirir. O, qeyd edib ki, Azərbaycanın gələcəyi sayılan gənclər daim öz üzərilərində işləməlidirlər.

Sonda sabiq Prezident Nikola Sarkozi universitetin xatirə kitabına ürək sözlərini yazıb.

Tarix
2019.01.16 / 14:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla