Yuxarı

Baş nazirin sərəncamı: məktəblər iki günlük bağlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

14:11

Baş nazir Novruz Məmmədov Azərbaycanda hava şəraitinin kəskin pisləşəcəyi ilə əlaqədar təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə sərəncam imzalayıb.

Axar.az xəbər verir ki, Baş nazir Konstitusiyanın 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatını və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifini nəzərə alaraq qərar verib:

1. Hava şəraitinin kəskin pisləşəcəyi ilə əlaqədar olaraq 2019-cu il yanvarın 17-si və 18-i respublika ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində təlim-tərbiyə prosesi dayandırılsın və bununla bağlı bütün tədbirlər təxirə salınsın.

2. Azərbaycan Respublikasının Təhsil Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci hissəsinin icrası ilə bağlı lazımi tədbirlər görsün.

3. Bu Sərəncamın icrasına nəzarət Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbərinə həvalə edilsin.

4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Qeyd edək ki, Təhsil naziri Ceyhun Bayramov Baş nazirin bu sərəncamının icrasını təmin etmək məqsədi ilə “Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə” əmr imzalayıb. Əmrə əsasən, hava şəraitinin kəskin pisləşəcəyi ilə əlaqədar 2019-cu il yanvarın 17-si və 18-i respublika ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində təlim-tərbiyə prosesi dayandırılıb və nəzərdə tutulan tədbirlər təxirə salınıb.

Tarix
2019.01.16 / 16:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla