Yuxarı

Sərhəd pozucusu xəbərdarlıq atəşi ilə saxlanıldı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarının sayıqlığı və pe­şəkarlığı sayəsində dövlət sərhədinin pozulmasının qarşısı alınıb.

DSX-dən Axar.az-a verilən məlumata görə, bu gün saat 02:25 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Beyləqan rayonunun Əmirzeyidli kəndi yaxınlığındakı sərhəd zastava­sının xidməti sahəsində Azərbaycan Respublikasından İran İslam Res­publikası istiqamətində 1 nəfər naməlum şəxsin ayaq izləri aşkar olunub. Sərhəd zastavasının və qonşu bölmələrin şəxsi heyəti tərə­findən sərhəd pozucusunun mümkün hərəkət istiqamətləri qapa­dılıb və ərazidə təxirəsalınmaz axtarış tədbirləri həyata keçirilib.

Hadisə ilə əlaqədar birgə tədbirlərin görülməsi məqsədilə İran İs­lam Respublikasının Aslanduz sahəsi üzrə sərhəd nümayəndəsi dər­hal məlumatlandırılıb, İİR sərhəd mü­ha­fizə orqanları tərəfindən hə­min istiqamətdə sərhəd mühafizə tədbirləri gücləndirilib.

Görülmüş tədbirlər nəticəsində saat 03:20-də sərhəd pozucusu aşkarlanıb və təqib zamanı xəbərdarlıq atəşindən istifadə edildikdən sonra tutulub. Araş­dırma zamanı sərhəd pozucusunun şəxsiyyəti dəqiqləşdirilib, Beyləqan rayonu 2-ci Şahsevən kənd sakini 1984-cü il təvəllüdlü Muradov Rahil Məsim oğlu olması müəyyən olunub.

Həmin ərazinin yoxlanılması nəticəsində 1 ədəd AKM-74 silahı, 1 ədəd patron darağı, 7,62 mm-lik 19 patron və sərhəd pozucusunun digər əşyaları aşkar olunaraq götürülüb.

Hadisə ilə bağlı zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Tarix
2019.01.16 / 15:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla