Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
19 Fevral 2019


DYP: Bu sürücülər sabah maşın sürməsin! - Xəbərdarlıq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

3 ildən az sürücülük təcrübəsi olanlar sabah sükan arxasına oturmasın. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sabahdan başlayaraq ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.

Dövlət Yol Polisinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi də sürücülərə xəbərdarlıq edib və bəzi tövsiyələri diqqətə çatdırırb. İdarənin şöbə rəisi, polkovnik-leytenant Rüfət Quliyev sürücülərin nəzərinə çatdırır ki, yollarda meydana gələ biləcək yol qəzaları və müxtəlif xoşagəlməz halların qarşısının alınması məqsədilə nəqliyyat vasitələrini idarə edərkən diqqətli olsunlar və avtomobillərin texniki sazlığına əməl etsinlər. Bundan əlavə, DYP xüsusilə, təkərlərin mövsümə uyğunluğunu təmin etməyi, hərəkət zamanı hava şəraitini düzgün qiymətləndirməyi tövsiyə edir.

Polis polkovnik-leytenantı onu da qeyd edib ki, bəzi yolların buz bağlama ehtimalının nəzərə alaraq, qış mövsümünə uyğun şinlərlə təchiz edilməmiş, eləcə də istismar müddəti çox olan, "ABS” tormoz sistemləri ilə təchiz olunmayan köhnə avtomobillərdən mümkün qədər az istifadə etmək lazımdır: "Sürücülərə tövsiyyə edirik ki, idarə etdikləri nəqliyyat vasitələrinin hərəkət sürətini hava şəraitinə uyğun seçsinlər, zərurət olmadan ötmə əməliyyatı aparmasınlar, qəfil manevrlər və kəskin tormazlama etməsinlər”.Rüfət Quliyev sürücülərə xatırladır ki, mexaniki nəqliyyat vasitələrinin sürücüləri yola çıxmazdan əvvəl avtomobilin üzərindəki qar yığınını, ban şüşələrini təmizləməli, şüşə silgəclərinin və şüşəyuyanların, habelə xarici işıq cihazlarının işlək vəziyyətdə olmasına əmin olmalı, mühərrikin soyuducu sisteminin və şüşəyuyanın donmayan mayelərlə, bunlardan əlavə avtomobillərin zəncir və dartı kəndiri ilə də təchiz olunmasını təmin etməlidirlər.Sonda şöbə rəisi bildirib ki, qarlı, buzlu yollarda nəqliyyat vasitələrini idarə etmə vərdişləri, eləcə də ümumi sürücülük təcrübəsi 3 ildən az olan sürücülərin belə hava şəraitində avtomobil idarə etmələrinin onların özləri və digər hərəkət iştirakçılarının həyat və sağlımlığı üçün təhlükə yaratma ehtimalının yüksək olması nəzərə alınaraq, qeyd olunan hava şəraitində həmin sürücülərin sükan arxasına əyləşməmələri xahiş olunur.

Tarix
2019.01.16 / 23:31
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Rusiyada azərbaycanlıların olduğu avtobus yolda qaldı

Bakıya qar yağır - Video

Prezident müşavirini işdən qovdu - İlginc səbəb

Erməni baş redaktor Zeynalova ilə dostluğundan danışdı

Azərbaycanda dəmir yolu ilə nə qədər sərnişin daşınıb?

Nazir bu instituta yeni direktor təyin etdi - Foto

Nazir: Bulanıq suda balıq tutmaq zamanı bitdi - Video

Azərbaycan iqtisadiyyatının böyümə tempi açıqlandı

"Buta Eirveys"in təyyarəsində nasazlıq yarandı

Bakıda 14 liftdən oğurluq edən şəxs saxlanıldı

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla