Yuxarı

Küləyin sürəti 43 metr/saniyəyə çatdı - Qərargah

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

08:16

Bu gün səhər saatlarında dənizdəki dalğanın hündürlüyü "Günəşli" neft yatağında 3,8 metrə çatıb.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılan Qərərgahdan verilib.

Məlumata əsasən, 17 yanvar saat 06:00-da şimal-qərb küləyi Bakıda 24 m/san, Abşeron yarımadasında 26 m/san, arabir 30 m/saniyədək şiddətlənib, dalğanın hündürlüyü "Günəşli" yatağında 3,8 metrə çatıb.

Xatırladaq ki, iki gün öncədən Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakıda və Abşeron yarımadasında şiddətli külək olacağı barərə xəbərdarlıq etmişdi.

***

Saat 09:00-a olan məlumata əsasən şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir 30-35 m/saniyədək şiddətlənib.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılan Qərargahın operativ məlumatında deyilir.

Dalğanın hündürlüyü Günəşli yatağında 4,8 metrə çatıb. Respublika ərazisinin əksər rayonlarında, eyni zamanda paytaxtda yağıntılı hava şəraiti müşahidə olunur. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 4-5 dərəcə isti təşkil edir.

***

17 yanvar saat 12:00-a olan məlumata əsasən, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində şimal-qərb küləyinin maksimal sürəti 28- 36 m/s təşkil edir.

Dalğanın hündürlüyü Günəşli yatağında 5,3 metrdir. Respublika ərazisinin əksər rayonlarında, eyni zamanda paytaxtda yağıntılı hava şəraiti müşahidə olunur. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 4 dərəcə isti təşkil edir və sulu qar yağır.

***

17 yanvar saat 15:00-a olan məlumata əsasən Bakıda və Abşeron yarımadasının bəzi yerlərində şimal-qərb küləyinin maksimal sürəti 30 m/s, Sumqayıtda küləyin ani, maksimal sürəti 40 m/s çatıb.

Dalğanın hündürlüyü açıq dənizdə 7,5 metrdir. Respublika ərazisinin əksər rayonlarında yağış, dağlıq və dağətəyi rayonlarda isə qar yağır. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 2 dərəcə isti, dağlıq rayonlarda 1-3 dərəcə şaxta, dağətəyi rayonlarda 0-3 dərəcə isti aran rayonlarda 4-6 dərəcə isti təşkil edir.

***

Yanvarın 17-si saat 21:00-a olan məlumata görə, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində şimal-qərb küləyinin maksimal sürəti saniyədə 26-31 metrə bərabərdir. Dalğanın maksimal hündürlüyü açıq dənizdə 9,3 metr olub.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılmış qərargahdan məlumat verilib.

Hazırda ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur, dağlıq və dağətəyi rayonlarda qar yağır. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 1-2 dərəcə isti, dağlıq rayonlarda 2-4 dərəcə şaxta təşkil edir.

***

Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılmış Qərargah növbəti məlumat yayıb.

Qərargahdan verilən məlumata görə, saat 23:00-a olan məlumata əsasən Pirallahıda 43 m/s, Maştağada 39 m/s, Bakıda 36 m/s, Sumqayitda 35 m/s, Günəşli yatağında 32 m/s, Şahdənizdə 31 m/s, Qum adasında 30 m/s təşkil edir. Dalğanın hündürlüyü Günəşli yatağında 10 metr, Şahdənizdə 6,6 metr olub.

Tarix
2019.01.17 / 23:51
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla