Yuxarı

Hər dəqiqədə 158 virus yaradılır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"PandaLabs" antivirus şirkətinin məlumatına görə, hər gün dünyada 227747 yeni zərərli proqram təminatı növü yaradılır. 2014-cü ilin üçüncü rübündə 20 milyondan çox yeni zərərli proqram əmələ gəlib.

Axar.az xəbər verir ki, baş verən halların 75 faizindən çoxunda istifadəçi kompüterləri troyanlarla yoluxdurulub. Daha 9 faiz klassik virusların, 4 faiz şəbəkə zərərli proqramlarının payına düşüb. Son üç ayda troyanların sayında 13 faiz artım olub. İstifadəçi kompüterlərinin daha çox yoluxdurulması halları Çin, Peru və Boliviyada qeydə alınıb.

Şirkətin texniki direktoru Luis Korronsun sözlərinə görə, hakerlər mümkün qədər çox sistemi yoluxdurmağa çalışırlar. Hətta korporativ şəbəkələr də təhlükə altındadır. Belə ki, son ayların hadisələri, o cümlədən "iCloud" internet servisinə müdaxilə, "Gmail" və "Dropbox" istifadəçilərinin parollarının oğurlanması bunu bir daha göstərib.

Qeyd edək ki, yeni növ zərərli proqram təminatı növləri əllə yığılmaqla yox, zərərli proqramların istehsalı üçün avtomatlaşdırılmış paketlərlə yaradılıb. Daha çox populyar proqramlar "Zeus Builder", "SpyEye" və "Citadel" olub. Onlar təcrübəsiz hakerlərə bir sıra antiviruslar tərəfindən aşkarlanmayan zərərli proqram təminatı yaratmağa imkan veriblər.

Tarix
2014.11.07 / 12:31
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla