Yuxarı

Bakıda güclü küləyin fəsadları: TIR-ı aşırdı... - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:54

Güclü külək nəticəsində “Binə” ticarət mərkəzində kişinin üstünə reklam lövhəsi aşıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, hadisə nəticəsində sözügedən şəxs travma alıb. Yaralının vəziyyəti orta ağırdır və həyatı üçün təhlükə yoxdur.

***

Bakıda bu gecədən əsən güclü külək nəticəsində şəhərin müxtəlif yerlərində 4 ağac aşıb.

Axar.az xəbər verir ki, bunu Trend-ə Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, aşma hadisələri Bakının Nəsimi və Yasamal rayonlarında qeydə alınıb.

O.Məmmədov əlavə edib ki, aşan ağacların hamısı sağlam olub. Onlardan biri Eldar şamıdır.

Birlik rəsmisi heyətin hazırda gücləndirilmiş iş rejimində çalışdığını da qeyd edib.

Həmçinin Modern.az-ın məlumatına görə, paytaxtın bəzi hissəsələrində küləyin təsiri ilə reklam lövhələri, plakatlar aşıb, hətta dayanacaqlar istifadəsiz hala düşüb.

Bakının Yasamal rayonu ərazisində Hüseyn Cavid prospektində çəkilən görüntülərdən aydın olur ki, güclü külək bu istiqamətdə yerləşən dayanacaqlardan birini tamamilə uçurub. Dayanacaq sakinlər üçün təhlükə yaradıb.

***

Sumqayıtda ağac avtomobilin üzərinə aşıb.

Hadisə Sumqayıt şəhəri 18-ci mikrorayonda baş verib. Aşan ağac 50 CE 953 dövlət nömrə nişanlı "Jiquli" markalı avtombilin üstünə düşüb.

Hadisədə xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.

Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu gün və sabah ölkə ərazisində xüsusi təhlükəli hidrometeoroloji hadisənin olacağı haqqında xəbərdarlıq edib.

Nazirliyin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, yanvarın 18-i gündüzədək ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi gözlənilir.

***

Güclü küləyin təsirindən Qaradağda TIR aşıb.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə nəticəsində xəsarət alan türk vəfəndaşı Klinik Tibbi Mərkəzə gətirilib. Yaralıya tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Digər hadisə isə Lökbatanda və Suraxanıda qeydə alınıb.

Belə ki, Lökbatan qəsəbəsində qarajda olan kişinin üzərinə darvaza aşıb. Döş qəfəsindən xəsarət alan kişi Neftçilər xəstəxanasına gətirilib.

Suraxanıda isə güclü küləyin təsirindən bir nəfər yıxılıb. Təpə nahiyəsinin çırılmış yarası diaqnozu ilə Sabunçu xəstəxanasına aparılıb. Vəziyyəti normaldır.

Tarix
2019.01.17 / 19:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev güclü liderdir, sözünün ağasıdır - Solonnikov

Nikol "bu həftə müharibə olacaq" dedi - Rusiyadan reaksiya

Paşinyan Stoltenberqlə görüşdü

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla