Yuxarı

Rusla evlənən Atakişi Türkiyədə həbs edildi: Şərlənib?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Kocaeli şəhərində Azərbaycan əsilli Rusiya vətəndaşına hökm oxunub.

Axar.az xəbər verir ki, İŞİD terror təşkilatına üzv olmaqda ittiham edilən Atakişi Aqşin 6 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. İnterpolun haqqında qırmızı bülleten çıxardığı Aqşinin Suriyaya saxta pasportla getdiyi və İŞİD üzvləri ilə Votsap mesajlaşma proqramı vasitəsilə yazışdığı bildirilib.

Məhkəmə prosesində dindirilən Atakişi Aqşin İŞİD-lə heç bir əlaqəsi olmadığını deyib və sərbəst buraxılmasını tələb edib:

“Mən müsəlmanam. İçki içmirəm, qumar oynamıram. Türkiyəyə 3 il əvvəl dinimi yaşamaq, işləyərək Rusiyadakı həyat yoldaşım və uşaqlarıma baxmaq üçün gəlmişəm. Övladlarımı böyüdüb oxutmaq üçün çabalayıram. Rus əsilli həyat yoldaşımın ailəsi ilə problemlər yaşadım. Heç bir günahım olmadığı halda həyat yoldaşımın atası başıma bəla açmaq üçün mənə böhtan atdı. Rusiya hüquq-mühafizə orqanları da bunu ciddi qəbul edib. Onsuz da azərbaycanlı olduğuma görə mənə qarşı münasibət pis idi”.

Məhkəmə müttəhimi dinləsə də, onun tələbini qəbul etməyib.

Tarix
2019.01.17 / 13:35
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla