Yuxarı

Qurban Yetirmişli mütəxəssislərin işindən narazıdır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində Gənc Alim və Mütəxəssislər Şurasının yenidən formalaşdırılmasına dair iclas keçirilib.

Axar.az xəbər verir ki, iclasda çıxış edən AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli bundan əvvəl mərkəzdə Gənc Alim və Mütəxəssislər Şurasının fəaliyyət göstərdiyini, lakin işinin qənaətbəxş olmadığını qeyd edib.

Təşkilatın yenidən formalaşdırılması zərurətinin yarandığını vurğulayan baş direktor həmçinin RSXM-də gənc kadr potensialının böyük olduğunu və gənc alimlərin yetişməsi üçün bütün imkanların yaradıldığını deyib.

İclasda iştirak edən AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov Respublika Seysmoloji Xidmət Mərkəzində çalışan gənclərin aktiv olduqlarını qeyd edib.

AMEA prezidenti, akademik Akif Əlizadənin AMEA-da gənclərin inkişaf etməsi üçün bütün lazımı şəraiti yaratdığını qeyd edən Famin Salmanov RSXM-də yenidən formalaşan Gənc Alim və Mütəxəssislər Şurasının üzvülərinin daha da aktiv olacaqlarına inandığını bildirib.

Daha sonra doqquz nəfərdən ibarət - Nərminə İsmayılova, Lalə Piriyeva, Xədici Şəbnəm, Ruslan Ağakərimov, Afaq Ağazadə, Azər İsgəndərov, Əfsunə Nuriyeva, İlhamə Cəlilova və Əsgərli Gülxanım İdarə heyətinin üzvüləri seçiliblər. İdarə heyəti üzvülərinin səsverməsi nəticəsində Nərminə İsmayılova RSXM-nin Gənc Alim və Mütəxəssislər Şurasının sədri, Ruslan Ağakərimov müavin, Lalə Piriyeva isə katibi seçiliblər.

Tarix
2019.01.17 / 15:44
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla