Yuxarı

Rəsulzadənin barelyefini oğurlayanlar yaxalandı - DİN

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

16:58

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (DİN) Məhəmməd Əmin Rəsulzadənin Novxanı kəndindəki körpələr evinin binasından asılan barelyefinin oğurlanması ilə bağlı məlumat yayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, yanvarın 15-də Abşeron rayonu Novxanı kəndində yerləşən körpələr evindən rayon polis idarəsinə müraciət edilərək uşaq bağçasının inzibati binasının divarına asılmış M.Ə.Rəsulzadənin barelyefinin naməlum şəraitdə oğurlandığı bildirilib.

Polis əməkdaşları tərəfindən dərhal hadisə yerinə baxış keçirilib və zəruri araşdırmalar aparılıb. Oğurluq hadisəsini törədənlərin şəxsiyyəti həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qısa müddətdə müəyyənləşib. Cinayəti törətməkdə şübhəli bilinənlərdən iki nəfər saxlanılıb, digərlərinin tutulması istiqamətində tədbirlər davam etdirilir.

Araşdırma zamanı, həmçinin məlum olub ki, barelyefi oğurlayan şəxslər onu hissələrə ayıraraq paytaxtın Binəqədi rayonunda və Sumqayıt şəhərində yerləşən metal qəbulu məntəqələrinə satıblar. Barelyefin hissələri polis əməkdaşları tərəfindən metal qəbulu məntəqələrindən aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Novxanı bələdiyyəsinin sədri Şahin Tağıyev ötən gün Cəbhə.info-ya açıqlamasında Məhəmməd Əmin Rəsulzadənin Novxanıdakı evindəki barelyefin bələdiyyə tərəfindən çıxarıldığını, təmir olunduqdan sonra yerinə qaytarılacağını açıqlamışdı.

Tarix
2019.01.17 / 18:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla