Yuxarı

Uçqun zamanı itkin düşmüş şəxsin cəsədi tapıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Neft meydançaları arasındakı estakadada baş vermiş uçqun zamanı itkin düşmüş şəxsin cəsədi tapılıb.

Axar.az ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, ötən gün "Azneft" İstehsalat Birliyinin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) ərazisində yerləşən 310 və 312 saylı meydançalar arasındakı təqribən 60 metrlik estakadada uçqun baş vermiş, nəticədə estakadanın üzərindən keçən 250 mm diametlik neft xətti qırılmışdı. Qəzanın daha böyük miqyas almaması məqsədi ilə NQÇİ-nin ərazidə olan 5 nəfər işçisi 307 saylı meydançaya gedərək təmir işləri aparmış, beləliklə yanğının və neftin dənizə axma təhlükəsinin qarşısı alınmışdı. Lakin geri dönərkən onların üzərində olduqları qəzalı meydança da uçmuş və onlar dənizə düşmüşdülər. Operativ xilasetmə tədbirləri nəticəsində 4 nəfər dənizdən çıxarılıb. Onlardan 1 nəfəri dünyasını dəyişib.

İtkin düşmüş 1 nəfərin - NQÇİ-nin təmirçi-çilingəri olmuş, 1971-ci il təvəllüdlü Yusipov Oqtay Nazim oğlunun axtarışı ARDNŞ-nin və FHN-in dalğıcları tərəfindən davam etdirilib, noyabrın 7-də saat 11:30 radələrində onun cəsədi hadisə yerindən dənizin dibindən tapılaraq sahilə çıxarılıb.

Tarix
2014.11.07 / 15:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - General

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

XİN-dən Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım

PA rəsmisindən Rasmussen paylaşımı: Pullar danışır!

Paşinyan orduya geri çəkilmək əmrini apreldə verəcək?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla