Yuxarı

Gürcü politoloqdan 20 Yanvar faciəsi ilə bağlı - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

1990-cı ilin 20 yanvarında Azərbaycanda qanlı cinayət törədənlər mütləq cəzalandırılmalıdır.

Report xəbər verir ki, bunu gürcü politoloq Tengiz Txilava jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, 20 Yanvar hadisəsi Azərbaycan xalqına dost və qardaş xalqlar üçün də faciəvi tarixdir: "Gürcüstan və Azərbaycan xalqları müstəqilik uğrunda mübarizə yolunda oxşar talelər yaşayıblar. Gürcüstanda da 1989-cu ilin aprelin 9-da eyni qanlı hadisə törədildi. Xatırlayıram ki, Tiflisdə baş verən faciədən sonra Azərbaycandan nümayəndə heyətləri Gürcüstana gələrək, gürcü xalqına dəstəyini ifadə etdi".

T.Txilava qeyd edib ki, Bakıda 20 Yanvar faciəsi baş verəndən sonra Gürcüstan da dost Azərbaycan xalqına dəstək bildirib: “O zaman mən Gürcüstanda deyildim. Lakin bir çox dostlarım və tanışlarım Azərbaycan xalqına dəstək vermək üçün Bakıya getmişdilər. Şəhidlərin doğmaları və yaxınlarına başsağlığı verirəm. 20 Yanvar faciəsi Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcək”.

Qeyd edək ki, bu gün Gürcüstanın Milli Parlament Kitabxanasında 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş fotosərgi keçirilib.

Tarix
2019.01.18 / 01:43
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İran 18 milyon azərbaycanlını sıxışdırır - ABŞ

Beyin mərkəzlərinin nümayəndələri yenidən Bakıda…

İrəvan bu məsələdə heç bir irəliləyiş əldə etməyib

Qırğızıstan prezidenti Ağdama gedəcək

Əliyev tələb etdi, İrəvan razılaşdı - Delimitasiya ssenarisi…

Paşinyan KTMT ilə bağlı qəti qərarını elan etdi

Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan

BAM inşaatçıları yaxşı bilirlər ki, Heydər Əliyev...

Muxtar Babayev BMT baş katibi ilə görüşdü

Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla