Yuxarı

Gəmiçilik açıqlama yaydı: Fövqəladə hal... - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyəti (ASCO) yanvarın 17-də Xəzər dənizi akvatoriyasında və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar maksimum dərəcədə təhlükəsizlik tədbirləri görüb.

Qurumdan Axar.az-a bildirilib ki, ASCO Xəzərdə üzən bütün gəmilərinə hava şəraitinin kəskin dəyişəcəyi və görülməli olan tədbirlər barədə iki gün öncədən yazılı məlumat göndərib, müvafiq tapşırıqlar verib.

Tapşırığa əsasən baş verə biləcək fövqəladə hadisələrə qarşı dərhal müvafiq tədbirlərin görülməsi məqsədilə ASCO-ya məxsus gəmilər növbətçi təyin olunub. Belə ki, “Vixr-3”, “Qubadlı”, “Nefteqaz-58”, “Lütoqa”, “Andoqa” gəmiləri Neft Daşları-Günəşli-Cilov, “Aura” və “Yarenqa” gəmiləri Abşeron, “İrgiz” və “Kapitan Ağasıyev” gəmiləri Bakı-Bahar, “Vixr-9”, “Vixr-5”, “Zirə”, “Mərdəkan” və “Sumqayıt” gəmiləri isə Qaradağ-MPS-Ümid rayonlarında təhlükəsizliyin təmini istiqamətində xidmət həyata keçiriblər.

Bununla bərabər, “Salyut” və “Hövsan-5” gəmiləri ASCO-nun sahil obyektləri ərazisində növbətçiliyə cəlb olunublar.

Bu saatadək hər hansı fövqəladə hal qeydə alınmayıb.

Onu da qeyd edək ki, ASCO-da hava şəraitinin kəskin dəyişməsi ilə bağlı həyata keçirilən bütün tədbirlər əlaqələndirilib və mərkəzləşdirilmiş nəzarət gücləndirilib.

Tarix
2019.01.18 / 11:28
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla