Yuxarı

İki TIR aşdı, yol nişanları... - Yola dəyən ziyanlar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda yollarda heç bir ciddi problem yaranmayıb və heç bir müraciət daxil olmayıb. Yollarda buzlaşma dağlıq ərazilərdə qeydə alınıb ki, həmin ərazilər də öncədən nəzarət altında idi.

Bu sözləri Axar.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli dünənki külək zamanı yol təsərrüfatına dəyən ziyan barədə danışarkən bildirib.

A.Nəcəfli qeyd edib ki, külək Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə elə də ciddi ziyan vurmayıb:

"Hər zaman külək əsəndə baş verən hallar yaşanıb. Bəzi küləkli yerlərdə yol nişanları aşıb. Ancaq tez bir zamanda bu problem aradan qaldırılıb.

Bakı-Ələt yolunda iki TIR-ın aşması qeydə alınıb. Həmin TIR-ların ümumiyyətlə bu cür havalarda yola çıxması təhlükəli hesab edilir, belə hava şəraitində o yük maşınlarının hərəkəti dayandırılmalıdır. Həmin maşınların aşması nəticəsində yol ayrıcında olan dəmir tirlər dağılıb. Hələlik nə qədər ziyan dəydiyi məlum deyil. Ziyan araşdırılır. Ancaq ümumilikdə demək istəyirəm ki, təki insan tələfatı olmasın, yol təsərrüfatına dəyən ziyanın aradan qaldırılması asandır".

Tarix
2019.01.18 / 11:40
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla