Yuxarı

Prezident bu institutları niyə ləğv etdi? – Səbəblər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident tərəfindən Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin ləğv olunması, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun, Təhsil İnstitutunun, İstedadlı Uşaqlarla İş Mərkəzinin, Respublika Elmi-Pedaqoji Kitabxanasının, “Təhsil” Respublika İdman Mərkəzinin vahid qurumda birləşdirilməsi haqqında fərmanı olduqca vaxtında verilmiş və səmərli fərmandır.

Bu sözləri Axar.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, təhsil sistemində bir-birini təkrar edən onlarla qurum, təşkilat var və onlar dövlət büdcəsi üçün əlavə yükdür:

“Büdcədən ən çox vəsait ayrılan sahə olan təhsil bu vəsaiti düzgün və səmərəli istifadə etmir, rəqabətə davamlı iqtisadiyyatın formalaşmasına demək olar ki, töhfə vermir. Prezidenti tərəfindən, Heydər Əliyev Fondu tərəfindən hər il yüzlərlə məktəb binası, tədris korpusu tikilir, istifadəyə verilir. Amma Təhsil Nazirliyi ölkə başçısının qarşıya qoyduğu hədəflər istiqamətində fəaliyyət göstərmir.

Prezidentin fərmanı ilə ləğv edilən Akkreditasiya və Nostrifikasiya İdarəsi fəaliyyəti dövründə xaricdə təhsil alan gənclərin diplomlarının tanınması prosesində ciddi problemlər yaratması ilə yadda qalıb. Onlar ali təhsil müəssisələrinin akkreditasiya prosesində ciddi irəliləyişə nail ola bilmədilər. Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun, Təhsil İnstitutunun, İstedadlı Uşaqlarla İş Mərkəzinin isə ayrı-ayrılıqda fəaliyyət göstərməsinə ehtiyac yox idi. Çünki onlar demək olar ki, bir-birinin gördüyü işləri təkrarlayırdılar. Əsas da onların fəaliyyətinin iqtisadi səmərəsi yox idi, aparılan tədqiqatlar, görülən işlər təhsilin inkişafına təsir göstərmirdi”.

Ekspert təhsildə islahatlar prosesinin davam etdirilməsinin vacib olduğunu bildirərək, bir sıra təkliflər irəli sürüb:

“Hesab edirəm ki, təhsildə islahatlar prosesi davam edəcək. Eyni istiqamətdə fəaliyyət göstərən, eyni ixtisaslar üzrə kadr hazırlayan dövlət universitetlərinin birləşməsi, rayon təhsil şöbələrinin ləğv olunması, Təhsil Nazirliyinin öz daxilində struktur islahatları aparması, onların bir sıra oxunmayan qəzet və jurnallarının fəaliyyətinin dayandırılması lazımdır. Bütün dünya ölkələrində təhsil ölkə büdcəsinə vəsait qazandırır, ən azından öz xərclərini ödəyir və büdcəyə yük olmur. Bizdə isə tamamilə büdcədən asılı haldadır və bu da davamlı, dayanıqlı iqtisadiyyatın formalaşmasına mənfi təsir göstərir.

Təhsilin keyfiyyətinə birbaşa təsir göstərən əsas amillərdən biri də bu məqsədlə ayrılan maliyyə vəsaitlərindən daha səmərəli, rasional və məqsədyönlü şəkildə istifadə olunmasıdır. Bu baxımdan təhsilin bütün pillələrində mütərəqqi maliyyələşmə mexanizmlərinin tətbiqi, təhsil müəssisələrinə maliyyə müstəqilliyinin verilməsi və xüsusən ümumi təhsil pilləsində mövcud məktəb şəbəkəsinin rasionallaşdırılması tədbirlərinin həyata keçirilməsi vacib islahatlardandır. Hazırda ölkədə xeyli sayda kiçik məktəblər var ki, onların fəaliyyəti həm maliyyə, həm də təhsilin keyfiyyəti baxımından səmərəli deyil. Bu səbəbdən mövcud məktəb şəbəkəsinin rasionallaşdırılmasına, yəni imkan daxilində kiçik və səmərəsiz məktəblərin bağlanmasına və birləşdirilməsinə ciddi ehtiyac var”.

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev Təhsil Nazirliyinin iki institut və bir idarəsinin ləğv olunması haqqında fərman imzalayıb.

Tarix
2019.01.18 / 15:54
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Siyarto Bakıda: İclas başladı

İkinci Qarabağ savaşından dərhal sonra deyirdim ki...

Bununla da Ermənistandan böyük həcmdə silahlar daşındı

Ərdoğanın tələbi həm də İrəvanın marağıdır - Koçinyan

Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla