Yuxarı

Xəzərdə suyun səviyyəsi 1,27 metr endi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəzər dənizində suyun səviyyəsi normadan aşağı düşüb. Ötən əsrin axırlarından başlayan həmin proses indi də davam edir.

Azərtac xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun şöbə müdiri Zabit Allahverdiyevin verdiyi məlumata görə, bunun səbəbi su hövzəsində buxarlanma intensivliyinin artması və qlobal iqlim dəyişikliyi ilə əlaqədardır:

“2009-cu ildən başlayaraq indiyə qədər Xəzər dənizinin səviyyəsində enmə müşahidə olunur. İqlim dəyişmələrindən asılı olaraq suyun səviyyəsində də azalmalar var. 1995-ci ildə Xəzərin səviyyəsinin ən yüksək həddi ilə 2017-ci ilin müşahidə məlumatları arasında fərq 1 metr 27 santimetr təşkil edir”.

Alim deyib ki, suyun səviyyəsindəki azalma canlı aləmə də mənfi təsir edir: “Xəzər dənizinin səviyyəsinin qalxması və enməsi dəniz ekosisteminə, suda yaşayan canlılara təsirsiz ötüşmür. Suyun səviyyəsi düşəndə, suda istiləşmə baş verəndə onların qida resurslarının tükənməsinə səbəb olur”.

Onun verdiyi məlumata görə, dənizin suyunun azalması və sahil zolaqlarında suyun çəkilməsi şoran torpaqların çoxalması ilə də nəticələnir.

Tarix
2019.01.18 / 19:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla