Yuxarı

Qorbaçov komandası erməniləri himayə edirdi - Səfir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın nüfuzlu "Qordon" ictimai-siyasi nəşrinin saytında Azərbaycanın bu ölkədəki səfiri Azər Xudiyevin 20 Yanvar faciəsinə dair məqaləsi dərc edilib.

Azərbaycanın Ukraynadakı səfirliyindən Trend-ə verilən məlumata görə, məqalədə Sovet ordusunun silahsız insanlara qarşı törətdiyi cinayətdən bəhs edilib.

“Qanlı Qara Yanvar! İndi bu tarixi çoxu bilir. Ancaq 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə küçələrə çıxan Azərbaycan paytaxtının sakinləri Qorbaçov, Yazov, Bakatinin onlar üçün nə plan hazırladıqlarından xəbərsiz idilər. Lakin bir müddət keçəndən sonra Sovet ordusunun öz vətəndaşlarına qarşı necə amansız olduqlarını gördülər”, - deyə səfir məqalədə qeyd edir.

Diplomatın sözlərinə görə, 20 Yanvar faciəsi göstərdi ki, SSRİ rəhbərliyi öz vətəndaşlarına, sovet respublikalarına qarşı ikili standart nümayiş etdirib: "Qorbaçov komandası erməniləri himayə edirdi. Onların azərbaycanlılara qarşı terror hərəkətlərinə, Dağlıq Qarabağda dinc insanların öldürülməsinə göz yumurdu".

Müəllif vurğulayıb ki, 20 Yanvar faciəsinə siyasi və hüquqi qiymət Azərbaycan Prezidenti Heydər Əliyev tərəfindən verilib: "Dövlətimiz Azərbaycanın müstəqilliyi və bütövlüyü uğrunda canlarından keçənlərin müqəddəs xatirəsini əbədiləşdirib. Ölkəmizə gələn qonaqlar, rəsmi şəxslər ilk növbədə Şəhid Xiyabanını ziyarət edirlər".

Tarix
2019.01.18 / 21:14
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla