Yuxarı

Əhali bir ildə ərzaq, içki və siqaretə 18,6 milyard xərclədi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

2018-ci ildə pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin səviyyəsini müqayisəli qiymətlərlə 3,0 faiz üstələyərək 37,1 milyard manata bərabər olub.

Trend-in məlumatına görə, ticarət dövriyyəsinin 18,6 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 18,5 milyard manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2017-ci ilə nisbətən real ifadədə müvafiq olaraq 2,5 faiz və 3,4 faiz artıb.

2018-ci ildə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,8 faizi ərzaq məhsullarının, 4,5 faizi içkilər və tütün məmulatlarının, 17,8 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,1 faizi elektrik malları və mebellərin, 5,9 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,9 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

Hesabat ilində istehlak məhsullarının dəyər ifadəsində 16,8 faizi ticarət müəssisələri, 52,9 faizi fərdi sahibkarlar tərəfindən, 30,3 faizi isə bazar və yarmarkalarda satılıb. 2017-ci illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 33,0 faiz, fərdi sahibkarlar üzrə 0,1 faiz artmış, bazar və yarmarkalarda isə 4,2 faiz azalıb.

2018-ci ildə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 314,8 manat və ya 2017-ci ilin müvafiq göstəricisindən nominal ifadədə 12,9 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 158,2 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 156,6 manatlıq qeyri-ərzaq məhsulları alıb.

Tarix
2019.01.18 / 22:01
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla