Azərbaycanda saxlanılan "nurçu"ların cinayət işi üzrə
ibtidai istintaq başa çatıb.
APA-nın məlumatına görə, cinayət işi üzrə ittiham aktı istintaq
orqanı tərəfindən təsdiq edilərək baxılmaq üçün Yasamal Rayon
Məhkəməsinə göndərilib. Сinayət işi yaxın günlərdə icraata
veriləcək.
Qeyd edək ki, hüquq-mühafizə orqanları bu ilin aprelində
paytaxtın Xıdır Mustafayev küçəsində yerləşən mənzillərin birində
axtarış aparıb. Axtarış zamanı evdə toplantı keçirən "nurçu"
təriqətinin 41 üzvü saxlanılıb. Onların toplaşdığı mənzildən
qanunla qadağan olunmuş dini ədəbiyyat, "nurçu" təriqətini təbliğ
edən audio və video materiallar müsadirə olunub.
Saxlanılan şəxslərin bir hissəsindən izahat alınıb və sərbəst
buraxılıb.
Səbail Rayon Məhkəməsinin qərarı ilə Eldəniz Hacıyev, İsmayıl
Məmmədov və Rəvan Fərzəliyevin barəsində həbs-qətimkan tədbiri
seçilib. Lakin sonradan onların barəsində seçilmiş həbs-qətimkan
tədbiri ev dustaqlığı ilə əvəz olunub.
Onlar Cinayət Məcəlləsinin 168.2-ci (dini ayinlərin icrası adı
altında vətəndaşların hüquqlarına qəsd etmə) maddəsi ilə təqsirli
bilinirlər.