Yuxarı

Azərbaycan ordusunda yenilik - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Hərbi psixoloqların təlim-toplantısına hazırlıq məqsədilə tədbir keçirilib.

Axar.az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi, Azərbaycan Milli Elmlər Akademiyası, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, Təlim və Tədris Mərkəzi, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin zabit və professor-müəllim heyətinin iştirakı ilə keçirilən tədbirdə şəxsi heyətin döyüş hazırlığının artırılmasında, təlim-tərbiyə işinin təşkilində və aparılmasında psixologiya elminin və psixoloqların hər zaman mühüm rolu olması bildirilib.

Görüşdə hərbi hissələrdə hərbi psixoloqların işinin təşkili və onların vahid sistem şəklində yaradılması, təlim prosesi proqramlarının hazırlanması, hərbi psixoloqlar üçün ədəbiyyatın, dərs vəsaitlərinin, topluların, psixoloji testlərin tərtib edilməsi, eləcə də psixoloji təhlillərin aparılması üsulları müzakirə edilib.

Tədbirdə hərbi psixoloqların Silahlı Qüvvələrdə vacibliyinin önə çəkildiyi, bu işə cavabdeh zabitlərin daha peşəkar olmaları üçün tədris kurslarının məhz Müdafiə nazirinin təşəbbüsü ilə keçirilməsinin planlaşdırıldığı və bu səbəbdən də ordumuzda tanınmış psixoloqların təcrübəsindən istifadə olunacağı qeyd edilib.

Daha sonra Əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru Rəfiqə Əzimova, professor Qorxmaz Vəliyev, fəlsəfə elmləri doktoru, sosioloq Əhməd Məmmədov, dosent Müşfiq Şükürov, Psixoloji sağlamlıq Mərkəzinin əməkdaşı Gülnarə Musabəyova və başqaları çıxış edərək psixologiya elminin əhəmiyyətindən danışıblar.
Sonda psixoloqlar təlim proqramı ilə bağlı öz fikir və mülahizələrini bildirərək ordumuzun mənəvi-psixoloji cəhətdən daha da sağlam və güclü olması naminə tədris dövründə bilik və bacarıqlarını əsirgəməyəcəklərini bildiriblər

Tarix
2014.11.08 / 11:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla