Yuxarı

SSRİ-də baş verənləri Rusiya ilə eyniləşdirmirik - Səfir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nə Azərbaycan xalqı, nə Azərbaycan hökuməti, nə də bizim Prezidentimiz heç vaxt Sovet İttifaqının totalitar rejimi dövründə baş verənləri bugünkü demokratik Rusiya ilə eyniləşdirmir.

Azərtac xəbər verir ki, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bu fikirləri ölkəmizin Moskvadakı səfirliyində Qara Yanvarın 29-cu ildönümünə həsr edilmiş tədbirdə səsləndirib.

“Biz bugünkü demokratik Rusiyanı Sovet İttifaqı ilə eyniləşdirmirik. Çünki insanlar var ki, məsələni bu istiqamətə yönəltmək istəyirlər. Lakin mən yenə də qeyd etmək istəyirəm ki, nə Azərbaycan xalqı, nə Azərbaycan hökuməti, nə də bizim Prezidentimiz heç vaxt Sovet İttifaqının totalitar rejimi dövründə baş verənləri bugünkü demokratik Rusiya ilə eyniləşdirmir”, - deyə səfir bildirib.

O, Azərbaycan xalqının şəhidlərini heç zaman unutmayacağını qeyd edərək deyib: “Mən bütün bu hadisəni yenidən danışmaq istəmirəm. Siz çox yaxşı bilirsiniz ki, dinc əhaliyə silahlardan necə atəş açıblar, pəncərələrə güllə atıblar, heç bir günahı olmayan insanları atəşə tutublar”.

Polad Bülbüloğlu Bakıda baş verən qanlı yanvar hadisələrindən sonra Azərbaycan xalqının dahi oğlu, görkəmli siyasətçi Heydər Əliyevin ailə üzvləri ilə birlikdə yanvarın 21-də Azərbaycan səfirliyinin indiki binasına gələrək baş verən hadisələrə özünün qəti etirazını bildirməsindən danışıb. Səfir deyib: “Bilirsiniz ki, o vaxt baş verənləri nəzərə alsaq, bu, xüsusi binadır. Çünki yanvarın 21-də Azərbaycan xalqının dahi oğlu bu binaya gəlmişdi. Ciddi totalitar rejim şəraitində Heydər Əliyev özündə cəsarət taparaq buraya gəlib, törədilən cinayəti pisləyib. Mən burada çoxlu gənclər görürəm. Həmin şəraiti təsəvvür etmək onlar üçün çox çətindir. O vaxt Sovet İttifaqında ali rəhbərliyin ünvanına kiminsə bir kəlmə belə deməyə cürəti çatmırdı. Bunu ilk dəfə Heydər Əliyev məhz bu binada etdi. Buna görə də biz bu gözəl barelyefi qurmuşuq və bu, Azərbaycan liderinin həmin cəsarətli addımını bizə xatırladır. Mən fikirləşirəm ki, məhz bu hərəkəti Heydər Əliyevin yeni siyasi karyerasında ilk addım oldu və üç ildən sonra Azərbaycan Respublikasının Prezidenti seçildi. Praktik olaraq, ona dağıdılmış ölkə miras qalmışdı. Bu gün isə dünyanın siyasi xəritəsində öz layiqli yerini tutan Azərbaycanımız var”.

P.Bülbüloğlu, həmçinin həmin gecə xalq cəbhəsinin o vaxtkı liderlərindən, respublika rəhbərlərindən heç birinin zərər çəkmədiyini qeyd edib. “Bakının dinc sakinləri ziyan çəkmişdilər. Bu, çox dəhşətli, başa düşülməyən, təsəvvüredilməz idi. Çünki ölkə öz vətəndaşlarını tank altında qoyursa, bu, o deməkdir ki, bu cür ölkədə yaşamaq olmaz! Yəqin bu səbəbdən də çox keçmədən Sovet İttifaqı dağıldı. İnsanlar başa düşürdülər ki, belə ölkədə yaşamaq mümkün deyil. Bakıda insanların öz partiya biletlərini küçələrdə qalanmış tonqallara atması, azərbaycanlıların binaların divarlarında yazdıqları şüarlar mənim yadımdadır. Yəni insanlar ayılmışdı, millət ayılmışdı və başa düşürdü ki, çox ciddi dəyişikliklər baş verməlidir”, - deyə səfir sonda bildirib.

Tarix
2019.01.20 / 21:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla