Yuxarı

Qorbaçov Bakıda baş verənlər haqda belə deyirdi - Trofimçuk

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

1990-cı ilin 20 yanvarı suveren Azərbaycanın tarixində əsas günlərdən biridir.

Azərtac xəbər verir ki, bu barədə Azərbaycanın Moskvadakı səfirliyində 20 Yanvar qurbanlarının xatirəsinə həsr olunan tədbirdə rusiyalı politoloq, publisist Qriqori Trofimçuk bildirib.

“Qara Yanvar” xronoloji baxımdan Tiflis və Vilnüs hadisələrinin arasında baş verib. Bütün bunlar eyni zəncirin halqalarıdır və bütövlükdə, o vaxt hakimiyyətdə hökm sürən cinayətkarcasına məsuliyyətsizlikdən xəbər verir. Hamımızın yadındadır ki, Bakıda, Tiflisdə, Vilnüsdə nə baş verir sualına Mixail Qorbaçov necə cavab verirdi. O, hər dəfə eyni sözü deyirdi: “Mənim xəbərim yoxdur, öyrənmək lazımdır, komissiya yaratmaq lazımdır” və s. Buna görə də məsuliyyət kimi məsələni həll etmək vacibdir və Sovet İttifaqının o zamankı rəhbərliyinin cinayətkar fəaliyyətsizliyini rəsmi əsasda, hüquqi rejimdə qiymətləndirmək lazımdır. Bu qiyməti təkcə azərbaycanlılar deyil, ruslar da verməlidir”, - deyə o bildirib.

Politoloq 1990-cı il 20 Yanvar hadisələrinin Azərbaycanın gələcək tarixində əhəmiyyətini qeyd edərək deyib: “Mən özümün “Əlifba: Azərbaycanı kəşf edərkən” adlı kitabımda yazmışam ki, Mixail Qorbaçov Azərbaycan üçün ikinci Hitlerdir. Mən bu kitab üzərində işləməyə başlamazdan əvvəl Şəhidlər xiyabanını ziyarət etmişəm, əlimi şəhidlərin başdaşılarına sürtmüşəm. Məndə elə bir hiss var idi ki, sanki onlar o günlərin faciəli enerjisini özlərində saxlayırlar”.

Q.Trofimçuk qeyd edib ki, 20 Yanvar Azərbaycan tarixində bir qara daşdır. “Lakin Azərbaycanın yeni dövlətçiliyinin bünövrəsində təkcə qara deyil, ağ daşlar da qoyulub. Azərbaycan tarixində mühüm hadisələrdən biri də Heydər Əliyevin ölkədə xaosu aradan qaldırmaq məsuliyyətini öz üzərinə götürməsi oldu. İndi Azərbaycan gələcəyə doğru inamla irəliləyir və uğurlar qazanır”, - deyə politoloq vurğulayıb.

Tarix
2019.01.20 / 22:49
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla