Yuxarı

20 Yanvar faciəsi Qətərdə anıldı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfirliyində anım tədbiri keçirilib.

Axar.az xəbər verir ki, tədbirdə səfirliyin əməkdaşları, Qətərdə yaşayan azərbaycanlılar, həmçinin yerli ictimaiyyət nümayəndələri və KİV təmsilçiləri iştirak edib.

Tədbir şəhidlərimizin xatirəsinin bir dəqiqə sükutla yad edilməsi ilə başlayıb. Daha sonra səfir Rəşad İsmayılov tədbir iştirakçılarına müraciət edərək, faciənin tarixi və Azərbaycan xalqının müstəqillik və azadlıq uğurunda mübarizəsi barədə ətraflı danışıb.

20 Yanvar hadisələrinin səbəbləri və nəticələrindən söz açan səfir, qeyd edilən faciənin Azərbaycanın yeni tarixinin ən qanlı hadisələrindən biri olduğunu, yüzlərlə vətəndaşımızın qətlə yetirildiyini və yaranlandığını, həmçinin ölkədə böyük dağınıtların törədildiyini nəzərə çatdırıb. Həmin gün şəhid olan ölkə vətəndaşlarının öz qanları bahasına Azərbaycanın müstəqillik və azadlıq mübarizəsi tarixində şanlı səhifə açdıqlarını bildirib.

Səfir əlavə edib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının öz müstəqil dövlətini qurmaq iradəsini daha da möhkəmləndirib və faciədən qısa müddət sonra onun azadlıq və müstəqilliyini yenidən bərpa etməsi ilə nəticələnib.

Tədbir 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş filmin nümayişi ilə davam etdirilib.

20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar Qətərin ərəb və ingilisdilli mətbuatında geniş yazılar dərc edilib.

Tarix
2019.01.20 / 22:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla