Yuxarı

Bakıda bu məhsul satışdan yığışdırıldı - Kiyevin istəyi ilə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Bakıdakı səfirliyi mağazalardan Krımda istehsal olunmuş dondurmaların və Krımın Rusiya ərazisi kimi göstərildiyi kitabların satışdan yığışdırılmasına nail olub.

Virtualaz.org xəbər verir ki, ötən ilin sonlarında Azərbaycanda olan Ukrayna vətəndaşları ticarət şəbəkələrində etiketində aşağıdakı qeydlər olan dondurmaları aşkar ediblər: Dobroe MMC: 295034 Rossiya, Krım Respublikası, Simferepol, ulitsa Kuybışeva, dom 29, kvartira 107”

Ukraynalı turistlər bu dondurmanı aldıqları supermarketə geri qaytarıblar. Və bununla da kifayətlənməyiblər, Ukraynanın Bakıdakı səfirliyinə müraciət ediblər. Səfirlik isə öz növbəsində Azərbaycanın hakimiyyət orqanlarına müraciət edərək satışdan Krımda istehsal olunmuş dondurmaların yığışdırılmasını və onun ölkə ərazisinə gətirilməsinin qadağan edilməsini istəyiblər. Çünki bu fakt rəsmi Bakının Ukraynanın ərzi bütövlüyünə və suverenliyinə dair mövqeyinə ziddir.

Ukrayna səfiri təcili qaydada Azərbaycanın bəzi nazirliklərinin və dövlət orqanlarının rəhbərləri ilə görüşüb, Krımda istehsal olunmuş malların ölkə ərazisinə gətirilməsi və satışının qarşısının alınması üçün təxirəsalınmaz tədbirlərin görülməsini istəyib. Hüquq-mühafizə orqanlarına tapşırılıb ki, ticarət şəbəkələrindən Krımın Rusiya ərazisi olduğunu göstərən bütün malların yığışdırılması üçün tədbirlər görülsün. Nəticədə dondurmalarla yanaşı kitab mağazalarından kitablar,dərsliklər, Rusiya nəşriyyatlarının ensiklopediyaları, atlaslar yığışdırılıb.

Ukrayna səfirliyi bildirir ki, bu məsələni nəzarətdə saxlayır və Azərbaycanın hüquq-mühafizə orqanları, habelə “qaynar xətt” vasitəsilə Ukrayna vətəndaşları ilə daimi təmasdadır.

Tarix
2019.01.21 / 11:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla