Yuxarı

Usubovdan bu məhkumlarla bağlı – Qərar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyinin Kollegiyası "Şəxslərə məhkumluq barədə arayışların verilməsinə dair Təlimat”da dəyişikliklər edib.

Bakıpost.az-ın məlumatına görə, dəyişiklik biri əvvəllər Azərbaycan ərazisində yaşamış əcnəbilərlə bağlıdır.

Bundan sonra həmin əcnəbilər məhkumluqları barədə arayış almaq üçün xarici ölkələrdəki Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə və ya konsulluqlarına müraciət etməlidirlər. Bu cür müraciətlər baxılması üçün Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi vasitəsilə DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə göndərilir və müvafiq yoxlamadan sonra hazırlanmış arayışlar Xarici İşlər Nazirliyinə təqdim olunur.

Azərbaycanın diplomatik nümayəndəlik və ya konsulluqlarının olmadığı ölkələrdə yaşayan Azərbaycan vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər isə məhkumluqları barədə arayış almaq üçün üçüncü ölkələrdə yerləşən Azərbaycanın diplomatik nümayəndəlik və ya konsulluqlarına müraciət etməlidirlər.

Qeyd edək ki, qüvvədə olan Təlimata əsasən indiyə qədər Azərbaycanda yaşamış əcnəbilərin göstərilən məsələ üzrə müraciətləri diplomatik kanallarla Xarici İşlər Nazirliyinə göndərilib. Qərara əsasən bu müddəa ləğv edilib.

Dxili işlər naziri Ramil Usubovun imzaladığı qərar yanvarın 18-də qüvvəyə minib.

Tarix
2019.01.21 / 12:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev Moskvada bunu vurğuladı - Solonnikov

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

İrəvan 4 kəndlə bağlı elan etdi: Bu gün başlayır!

Sülhməramlıların çıxarılması davam edir - Yeni video

Milli Məclisin növbəti iclası başladı

Bakı ilə yaxınlıqdan hədsiz sevinə bilmirik...

İran 18 milyon azərbaycanlını sıxışdırır - ABŞ

Beyin mərkəzlərinin nümayəndələri yenidən Bakıda…

İrəvan bu məsələdə heç bir irəliləyiş əldə etməyib

Qırğızıstan prezidenti Ağdama gedəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla