Yuxarı

Cahangir Hacıyev dövlətin vəkilindən imtina etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Azərbaycan Beynəlxalq Bankı ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

Report-un xəbərinə görə, proses hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmədə elan olunub ki, zərərçəkmiş qismində Beynəlxalq Bankla yanaşı, Aqrarkredit QSC bank olmayan kredit təşkilatı və Vergilər Nazirliyi tanınır.

Həmçinin bildirilib ki, Camal Bədəlov rus və ingilis dillərində tərcüməçi kimi məhkəmədə iştirak edəcək.

Anket məlumatları dəqiqləşdirilən zaman barəsində həbs qətimkan tədbiri seçilməyən A.Ramazanov qeyd edib ki, keçmiş "Simurq" klubunun vitse-prezidenti və Zaqatala Olimpia Komplesinin rəhbəri vəzifəsində çalışıb.

Hakim söyləyib ki, təqsirləndirilən C.Hacıyevin hüquqlarını müqavilə ilə vəkil Fariz Namazlı və dövlət hesabına Munis Abuzərov müdafiə etmək üçün qoşulub.

C.Hacıyev isə dövlət hesabına qoşulan vəkildən imtna etdiyini deyib.

Daha sonra C.Hacıyevin müdafiəçisi F.Namazlı vəsatət qaldırıb. O, müvəkkili barəsində irəli sürülmüş cinayət işinə xitam verilməsini, sabiq bank sədrinin şüşə qəfəsdən çıxarılıb yanında əyləşdirilməsini istəyib.

Vəsatətlərlə bağlı qərar növbəti prosesdə elan olunacaq.

Məhkəmənin hazırlıq iclası yanvarın 24-də davam etdiriləcək.

Tarix
2019.01.21 / 15:47
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla