Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
25 Aprel 2019


Baş prokuror Aslanovla bağlı Luçenkoya müraciət etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Baş prokurorluğu Reрort İnformasiya Agentliyinin əməkdaşı Mubariz Aslanovun 19-29 noyabr 2018-ci il tarixlərində Kiyev şəhərində naməlum şəxslər tərəfindən üzləşdiyi təqib və hədələr ilə bağlı Ukrayna Baş prokurorluğuna rəsmi müraciət edib.

Azərbaycan Mətbuat Şurasından Report-a verilən məlumata görə, Baş prokuroluqdan bununla bağlı bildiriş daxil olub.

Azərbaycan Baş prokurluğunun Ukrayna tərəfinə müraciətində jurnalist M.Aslanovun Kiyev şəhərində təqib və ölümlə hədələnməsi faktına görə şəhərin Peçerskiy rayon polisində istintaqı aparılan cinayət işinin ölkənin Baş prokuroru tərəfindən nəzarətə götürülməsi, təqsirkarların müəyyən edilərək məsuliyyətə cəlb olunması və jurnalistin gələcəkdə bu ölkədə təhlükəsizliyinin təmin edilməsi istiqamətində bütün zəruri addımların atılması istənilir.

Qeyd edək ki, ötən ilin 19-29 noyabr tarixlərində Repрrt İnformasiya Agentliyinin redaktoru Mübariz Aslanov Kiyev şəhərinə xidməti ezamiyyət zamanı mütəmadi olaraq naməlum şəxslərin olduğu AA 6164 BI dövlət nömrə nişanlı "Şkoda" markalı avtomobil tərəfindən təqib olunaraq fotoları çəkilib, eyni zamanda küçədə qarşısı kəsilərək silahla hədələnib. Azərbaycan Mətbuat Şurası bununla bağlı Ukraynanın Bakıda səfirliyinə müraciət də ünvanlayıb.

Tarix
2019.01.22 / 12:51
Müəllif
Axar.az
Şərhlər
loading...
Digər xəbərlər

Nazir yeni komanda məntəqəsinin açılışında - Video

İlham Əliyev "Huavei" şirkətinin sədri ilə görüşdü

Moskva Bakıdan 6-8 dərəcə istidir

CBC ingilis versiyasını ləğv etdi

Fərhad Qəribovun məşhur restoranı sökülür - Foto

Əhalimizin gəlirləri nə qədər artıb?

Yol Polisi sürücülərə müraciət etdi: Riayət edin...

Millət vəkili tələbələrlə görüşdü - Foto

DGK Akademiyasında növbəti hazırlıq təlimləri başa çatdı

"Speys" Rüfətə görə 6 min cərimələndi – Qərar

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla