Yuxarı

“İlham Əliyev onların arzularını gözündə qoydu”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənab Prezident İlham Əliyev növbəti dəfə humanizm prinsipinə söykənərək, Mehman Hüseynov məsələsinə öz münasibətini nümayiş etdirdi.

Bunu Axar.az-a açıqlamasında BAXCP sədrinin müavini, tanınmış QHT sədri Niyaməddin Orduxanlı deyib.

Partiya funksioneri bildirib ki, prezidentin bu addımı birmənalı şəkildə cəmiyyətdə müsbət qarşılanıb:

"Nəzərə alaq ki, Mehman Hüseynovun müraciət etməsi birbaşa ölkə başçısına olan inam və etimadın nümunəsidir. Mehman Hüseynov Prezident İlham Əliyevə güvənərək bu cür müraciət edib. Buna qədər məqsədli şəkildə anti-Azərbaycan qüvvələri bütün imkanları ilə dövlət üzərinə hücuma keçmişdilər. Bununla bağlı daxilimizdə olan və xarici qüvvələrlə əməkdaşlıq edən bir sıra şəxslərdən də istifadə olunurdu. Konkret olaraq Mehmanın qardaşı Emin Hüseynov bütün imkanları ilə çalışırdı ki, Mehman ikinci dəfə cəza alsın. Onun çıxışları buna yönəlmişdi. Məqsədli şəkildə siyasi rəhbərliyə qarşı təhqir yolunu seçmişdi. Qəsdən edirdi ki, qardaşı həbs olunsun və bundan öz maddi maraqlarını təmin etməklə yanaşı, radikal müxalifət düşərgəsini canlandırsın, öz məkrli planlarını işə salsın. Avropada otuzdurulan “söyüş maşını”nı da bu proses qoşmuşdular. Hər gün bütün imkanları ilə çalışırdılar ki, bundan istifadə edib, böyük siyasi proseslər həyata keçirsinlər. İndi isə onların bütün planları alt-üst oldu”.

N.Orduxanlının sözlərinə görə, radikal müxalifət də bundan öz məqsədləri üçün yararlanmağa cəhd edirdi:

"Hər kəs öz maddi və siyasi məqsədləri üçün Mehmandan yararlanmaq istəyirdi. Bu adamların arzularını Prezident İlham Əliyev gözündə qoydu”.

Tarix
2019.01.22 / 17:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla