Yuxarı

DTX açıqladı: Mədət Quliyevin adına yaradılan səhifələr...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial şəbəkələrdə, o cümlədən Feysbukda Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Mədət Quliyevə aid olduğunu bildirən saxta səhifələrin yaradılmasına cəhdlər müşahidə olunub.

Axar.az-ın xəbərinə görə, bununla əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsi bildirib ki, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Mədət Quliyevin sosial şəbəkələrdə heç bir səhifəsi, profili və akkauntu mövcud deyil:

"Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyevin adından sosial şəbəkələrdə yaradılmış bütün səhifələr saxtadır!

Bir daha diqqətə çatdırılır ki, Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliyinin adından, eləcə də Dövlət Təhlükəsizliyi Xidmətinin adından və loqotipindən istifadə etməklə sosial şəbəkələrdə icazəsiz və saxta səhifə, kanal, profillərin yaradılması, işlədilməsi yolverilməzdir və qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır!

Dövlət Təhlükəsizliyi Xidmətinin rəsmi www.dtx.gov.az səhifəsindəki DTX-nin rəsmi Feysbuk, Tvitter və Yutub hesablarına keçid işarə düymələrindən istifadə ilə, yaxud həmin rəsmi səhifə və kanallara abunə yazılmaqla məlumatları əldə etmək olar".

Tarix
2019.01.22 / 21:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla