Yuxarı

“Bakcell”dən 6 bölgənin sakinlərinə 5 GB pulsuz internet!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi "Bakcell" şirkəti ölkənin daha 6 bölgəsinin sakinlərinə 5 Giqabayt həcmində pulsuz 4G interneti əldə etmək və ölkənin telekommunikasiya bazarında ən müasir texnologiya və ən innovativ müştəri təcrübəsi ilə tanış olmaq fürsəti qazandırır.

Axar.az xəbər verir ki, “Bakcell” əhatə dairəsi və şəbəkə həcmi baxımından ölkənin ən böyük 4G (LTE) şəbəkəsinə malikdir. Şirkətin 1700-dən çox LTE baza stansiyasından ibarət 4G şəbəkəsi gündən-günə genişlənir və artıq bütün Bakı və Abşeron ərazisi daxil olmaqla ölkənin 40-dan çox rayon və şəhər mərkəzini əhatə edir. Özünün 4G şəbəkəsinin əhatə dairəsini Azərbaycanın bölgələri üzrə sürətlə genişləndirən "Bakcell" həmin bölgələrdə yaşayan abunəçilər üçün təşkil edilmiş xüsusi kampaniya çərçivəsində 4G şəbəkəsində istifadə etmək üçün 5 Giqabayt pulsuz internet hədiyyə edir. Ağsu, İsmayıllı, Biləsuvar, Sabirabad, Şamaxı və Bərdədə yaşayan abunəçilər pulsuz internet trafiki əldə edib ölkənin ən sürətli və etibarlı mobil şəbəkəni sınaqdan keçirməyə imkan qazanıblar.

Yuxarıda qeyd olunan bölgələrin sakinləri 15 yanvar – 28 fevral tarixləri arasında keçiriləcək bu kampaniyada iştirak etmək üçün sadəcə telefonda *304#YES kodunu yiğmalı və cihazın ayarlarında 4G/LTE şəbəkəsini şeçməlidirlər. Qeyd edək ki, bundan əvvəl həmin kampaniya Azərbaycanın 30-dan çox digər bölgəsində həyata keçirilib.

4G texnologiyası mobil cihaz vasitəsilə həyata keçirilən yükləmə, video zəng, mobil televiziya və ya sosial şəbəkələrdən istifadə kimi əməliyyatların sürətini əhəmiyyətli dərəcədə yüksəltmək üçün yaradılmış dördüncü nəsil simsiz məlumatötürmə şəbəkəsidir. Sözügedən texnologiya sayəsində “Bakcell” abunəçiləri yüksək həllolma əmsalı ilə 4K kontentini izləmək və yükləmək, əyləncə proqramlarına ani giriş əldə etmək, HD keyfiyyətində onlayn video izləmək, canlı konsert və idman proqramlarına baxmaq və mürəkkəb yeni nəsil mobil tətbiqetmələrindən istifadə etmək imkanına malikdirlər.

Kampaniya zamanı təqdim olunan pulsuz internet trafikindən istifadə etmək fürsəti hər abunəçiyə yalnız bir dəfə verilir. Kampaniyadan yararlana bilmək üçün abunəçinin mobil cihazı 4G şəbəkəsini dəstəkləməli və 4G SİM-kartla təmin olunmalıdır. Qeyd edək ki, yuxarıda qeyd olunan bölgələrdə yaşayan Bakcell abunəçiləri yaşadıqları əraziyə yaxın olan Bakcell Müştəri Xidməti Mərkəzinə və ya “Bakcell”in diler dükanına yaxınlaşıb öz köhnə SIM kartını yeni 4G SIM-kartı ilə PULSUZ dəyişə bilərlər.

5GB həcmində pulsuz internet yalnız “Bakcell”in 4G şəbəkəsində 30 gün ərzində istifadə oluna bilər. Həmçinin, hədiyyə 5GB paketi yalnız yuxarıda qeyd olunan rayon və şəhərlərin ərazisində istifadə oluna bilər.

Daha ətraflı məlumat https://www.bakcell.com/az/free_5_gb_internet_on_4g_network səhifəsində təqdim edilir.

Tarix
2019.01.23 / 11:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla