Yuxarı

Azərbaycan bu ölkə ilə hərbi sahədə saziş imzalayacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə naziri general-polkovnik Zakir Həsənov yanvarın 23-də Səudiyyə Ərəbistanı Krallığının Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Həməd bin Abdulla bin Səud bin Xudeyr ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, diplomatı yeni təyinatı münasibətilə təbrik edən nazir Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında əlaqələrin genişləndirilməsində dövlət başçılarının dostluq münasibətlərinin mühüm rol oynadığını xüsusi vurğulayıb.

Müdafiə naziri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Səudiyyə Ərəbistanının daim Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəklədiyinə görə qonağa minnətdarlığını bildirib.

General-polkovnik Z.Həsənov iki ölkə arasında hərbi əməkdaşlığın cari vəziyyətinə toxunaraq Azərbaycanın Səudiyyə Ərəbistanında hərbi attaşeliyinin təsis edildiyini, iki ölkə arasında hərbi sahədə sazişin hazırlandığını və Azərbaycan Müdafiə Nazirliyinin yüksək nümayəndə heyətinin Ər-Riyada rəsmi səfərinin planlaşdırılıdığını qeyd edib.

Səfir də öz növbəsində bildirib ki, Səudiyyə Ərəbistanı Azərbaycanı özünə dost və qardaş dövlət sayır, eləcə də iki dövlət arasında hərbi sahədə əməkdaşlığa böyük önəm verir.

Diplomat bəyan edib ki, Səudiyyə Ərəbistanı Ermənistanın təcavüzkar siyasətini qətiyyətlə pisləyir və ölkəsi Azərbaycanın haqq işində daim onun yanındadır.

Səfir ölkəmizdə fəaliyyəti dövründə Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.

Tarix
2019.01.23 / 16:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla